Wednesday, July 22, 2015

Napoleon's Project failure, Ferrari pit-stop

Project Failure
There is one popular story in our history classes about Napoleon's failure to invade Russia. History textbooks, and teachers who passionately talk about this story mainly connect this unsuccessful result to the following factors: 
1) Climate-cold weather, the curse of god
2) Undefeated and heroic Russian nation
Napoleon's invasion failed because the Grand Armee was not equipped with the type of clothing needed to survive the winter. So, it was a mere planning failure. A project without a critical path is like a ship without a rudder.

Benchmarking; across different industries
Ferrari's pit-stop crew has a clear chain of command, allowing them to refuel the car and change all four tires in less than 7 seconds. 
Some firms learn from another organization that operates in completely different market. In 2005, two doctors from London's Great Ormond Street children's hospital were struck by the efficiency of the Ferrari pit crew during a Formula 1 race.
Doctors observed that only one person in the crew gave orders, avoiding time lost in discussion, and pit-stop routines were standardized. Crew members specialized in one task, which they practiced over and over, until it was perfect.
Doctors changed working arrangements at the hospital by applying Ferrari's best practice: clear job descriptions meant each member of staff knew what their role was, and a leadership position was assigned for each shift. As a result, patient handover errors between the operating theatre and intensive care unit fell by 70 per cent.


Tuesday, July 21, 2015

Mətbuat günündə Zərdabinin həyatından bir hissə.

Mətbuat günümüz mübarək. Zərdabinin həyatından bir hissə.
XX əsrin əvvəlləri...
Bakıda su qıtlığı var. Şəhərə suyu iri çənlərdə gətirirlər. Su kəməri çəkmək məsələsi gündəmdədir. Həsən bəy Dumanın iclaslarında şəhərə təmiz dağ suyu çəkmək məsələsini qaldırır.
Şəhər Dumasındakı bir başqa deputat - Ambarsum Məlikov şəhərə suyun onun Zuğulbada olan malikanəsindəki çeşmədən çəkilməsini istəyir. Bu, ona böyük gəlir gətirəcək. Həsən bəyin qızı Qəribsoltan xanım xatirələrində yazırki, bir dəfə atasının öz dostları ilə söhbətinin şahidi olur. Həsən bəy həyəcanla deyirmiş:
“Bu dələduz şəhərə özü ilə bərabər qızdırma gətirən su çəkdirmək istəyir. Buna yol vermək olmaz!..”.
Dumada Zərdabinin dirənişindən xoflanan Ambarsum Məlikov ona o vaxta görə çox böyük məbləğ sayılan bir neçə min rubl rüşvət göndərir.
Qəribsoltan xanım yazır ki, mən evimizdə hələ buna oxşar fırtına görməmişdim:
“Həmişə özünü təmkinli və nəzakətli aparan atam bu dəfə təsvirəgəlməz hiddətlə püskürən vulkana dönmüşdü”.
Həsən bəy dəli kimi (qızı belə yazır-S.İ.) bağırır: “O məni satın almaq istəyir!”.
Hənifə xanım var gücü ilə Həsən bəyi sakitləşdirməyə çalışır, amma nail olmur. Əsl mərəkə Dumanın iclasında baş verir. Həsən bəy Ambarsum Məlikovu hamının yanında “yaramaz” adlandırır. Ambarsum bərk hirslənib onu duelə çağırır...
Həsən bəy: - Nə? Sizinlə duel?!. Siz, sadəcə, axmaqsınız! Özündən çıxmış Həsən bəy bu sözləri deyərək Dumanın iclas zalını tərk edir. Evdə Hənifə xanım onu yatağa uzadır.
Özündə olmayan Həsən bəy bu sözləri aramsız təkrarlayır: - Mən bacarmadım!.. Başa düşürsən?! Adamı dəhşətə gətirən odur ki, bütöv bir xalqın sağlamlığı məsələsi həll olunarkən, o dələduz utanmadan alicənablıq məzhəkəsi oynadı və ləyaqətsizliklə üstün gəldi.
1904-cü ildə Zuğulbadan Bakıya çəkilən suya gəlincə, Həsən bəyin dediyi kimi, bu su şəhəri xilas edə bilmir. Axı yararsız idi, texniki məqsədlər üçün istifadə olunurdu.
Hacı Zeynalabdin Tağıyev , eləcə də Həsən Bəy Zərdabi əhalinin su təchizatını yaxşılaşdırmaq üçün çox böyük səylər göstərməyə başlayırlar və uzun illərdən sonra---1917-ci ildə şəhərə “Şollar” Su Kəməri çəkilir.

Bu kəmər istifadəyə veriləndə “Böyük Əkinçi” artıq 10 il idi ki həyata göz yummuşdu.

Friday, July 17, 2015

məsləhət verənlər

Çevrənizdəki xeyli adam sizə çox asan məsləhətlər verə bilər, qınaya bilərlər ki, filan xasiyyətinizdən əl çəkəsiniz, bəlkə idmana başlasan yaxşıdır və.s kimi. 
Deyilənə görə şəkər/şirni çox pis narkotikdir, kokain və televiziyadan imtina edənlər belə ondan əl çəkməyə çətinlik çəkirlər.
Qandinin yanına bir qadın gəlir oğlu ilə və xahiş edir ki, onun oğlunu şəkər yeməyi dayandırmağa inandıra bilsin.
Qandi cavab verir:
– Gedin, üç həftədən sonra gələrsiniz. 
Təəccüblənən qadın üç həftə sonra oğlu ilə qayıdır. Qandi oğlana baxır və deyir:
- Şəkər yeməyi dayandır
Oğlan otaqdan çıxanda anası Qandidən maraqla soruşur ki, niyə bəs bunu üç həftə öncə demədiniz?!
- Üç həftə öncə mən də şəkər yemişdim. 
Odur ki, özünüzə rəva görmədiyinizi başqalarına da rəva görməyin.

siz çox ağıllısınız vs. siz yaxşı bacardınız

Nyu-York məktəblərində belə bir eksperiment aparıblar. 5-ci sinifdə oxuyan 400 şagirdə çətin olmayan testlər veriblər. Testləri cavablandırandan sonra şagirdlərin bir hissəsini tərifləyiblər ki, bəs siz çox ağıllısınız, digər hissəsinə isə deyiblər ki, siz yaxşı bacarmısınız. 

Daha sonra hamıya iki yeni tapşırıq daha veriblər - biri asan, biri çətin. Yəni, ikisindən birini seçin deyə. Maraqlıdır ki, çox ağıllıların 90%-i asan testləri seçiblər, yaxşı bacaranlar isə çətin testləri. 
Çox ağıllılar artıq çox ağıllı olduqların sübut etmişdilər və bu faktı şübhə altına sala biləcək çətin sualları etməkdə maraqlı deyildilər.

İki dovşanı qovalamaq, riyaziyyat və ədəbiyyat

Türk yazarı Mehmet Murat İldan’dan soruşurlar –
-Əziz İldan, siz İqtisad oxuyandan sonra Ədəbiyyata keçdiniz. İkisi ilə də bir arada məşğul olmağı düşündünüzmü?
- Mən 1984-1997 illərində ODTÜ-də bakalavr, İngiltərədə magistatura və doktorluq etdikdən sonra bir də baxdım 13 ildir iqtisadiyyatla məşğulam. İqtisad peşəsini tərk etdiyimdə bu sualı mən də ciddi şəkildə özümə verdim. Cavabı isə bu gözəl Zen hekayəsində tapdım:
Bir savaş sənəti ustasının tələbəsi müəlliminə sual vermək üçün yaxınlaşır:
“Savaş sənəti sahəsində biliyimi artırmaq, bu sahədə irəliləmək istəyirəm. Eyni zamanda bir başqa müəllimlə də başqa stilləri öyrənmək üçün çalışmaq istəyirəm. Bu düşüncəmlə bağlı nə deyə bilərsiniz?”
Müəllim belə cavab verir:
“İki dovşanı qovalayan bir ovçu ikisini də tuta bilməz!”

Bəli, mən də bu hekayənin tövsiyəsinə inanıb ədəbiyyat dovşanını seçdim. Ədəbiyyat səyahətimdə iqtisad təhsilimin böyük köməyini gördüm. Xüsusilə doktorluq işim məni çox tələbkar etmişdi. Riyaziyyat biliyi hər insana bütün həyatı boyu köməkçi olur. “Simyacı'nın Karısı” adlı əsərimdə simmetrik səhnələr riyaziyyatın köməkliyi ilə məndə formalaşan düşüncədən yarandı. İnsanın həyatı boyu öyrəndiyi hər nəsnə bəzən fərqində olmasa belə bir gün mütləq onun köməyinə yetişər.

Ramazan iqtisadiyyatı

Ramazan bayramınız mübarək. Ramazan iqtisadiyyatı deyə araşdırma mövzuları var, bəzi yanaşmalar barədə qısa da olsa.
1) Ramazan ayında həyatın ritmi yavaşlayır. Orucluğun fizioloji effektlərini də nəzərə almaqla bir çoxları bu ayın iş məhsuldarlığına pis təsir etdiyini iddia edir.
2) Bir çox müsəlman ölkəsində özəl və dövlət sektorları iş saatlarını 2-3 saat azaldırlar ki, orucluğun fizioloji təsirlərini yumşaltsınlar.
3) Bir araşdırmaya görə iş vaxtının 2 saat azalması ay ərzində 40 iş saatının itirilməsi deməkdir. Bu isə həmin ayın İqtisadi məhsulunu 7-8% azaldır. Həmin ay boyunca bu əksər ölkələrdə belədir. Amma həmin araşdırmaya görə Ramazandan sonra insanlar daha məhsuldar və həvəslə işləyirlər, bu isə həmin itkini artıqlamasıyla kompensasiya edir.
4) Bu ayın mahiyyətində çox önəmli sosial və mənəvi əsaslar var, müsəlman ailəsi ilə daha çox vaxt keçirmək, icma ilə yığışmaq, xeyriyyəçilik etmək və.s.
5) İş məhsuldarlığı azalsa da, əhalinin xərcləmələri artır. İndoneziyada istehlakçı məhsullarına olan xərcləmələr hər il Ramazan dövründə 10% artır.
6) İndoneziya və Malayziya kimi ölkələrdə iş saatlarını azaltmaq əvəzinə insanlara şərait yaradılır ki, iş saatlarını özləri seçsinlər. Məsələn, səhər saat 7-də işə gəlib günorta işi bitirsinlər.


Tuesday, July 14, 2015

Beynəlxalq Riyaziyyat Olimpiadası 2015

Tailandda keçrilən 2015 Beynəlxalq Riyaziyyat Olimpiadasında Azərbaycan komandası 2 bürünc medal və 4 həvəsləndirici mükafat qazanıb.
Bu isə qəhrəmanların siyahısı. Təbriklər! #imo2015

Həndəsə sualını bizdən hamı maksimum yazıb, 42 mümkün baldan 42.


Beynəlxalq Fizika Olimpiadası

Bu həftə Hindistanda keçrilən 2015 Beynəlxalq Fizika olimpiadasında Azərbaycandan Tural Əliyev bürünc medal aldı. 
2014 Beynəlxalq Fizika olimpiadasından da bürünc gətirmişdi.
Həm də Asiya Fizika Olimpiadasının bürünc medalçısıdır 
‪#‎ipho2015



Monday, July 13, 2015

az sat, yaxşı sat

2009-da Apple şirkəti iTunes-dan satdığı mahnılar üçün olan qiymət siyasətini dəyişdi. Həmin vaxtadək bütün mp3-lərin qiyməti $0.99 idi. Yeni qiymət mexanizmində mp3-lər üç şkalada dəyərləndirildi - $0,69, $0,99 və $1.29. Hər həftənin top 200 mahnısı cəmi satışın 17%-ni təşkil edirdi. Taylor Swift və Black Eyed Peas kimi artistlərin hit mahnılarını $1.29-dan satmağa başladılar. 
6 ayın sonuna olan nəticələrə görə iTunes-dan həftəlik top 200 mahnı yükləmələri 6% azaldı. Amma qiymətdəki 30% artım hesabına Apple daha çox pul qazandı. 

Keçən il bir restoran şəbəkəsinin menyu qiymətlərini yenidən işlədik. 7 və 12 manatlıq pitsalar satırdılar. 8-10-12 etdik, 10 manatlığın satışları artdı. 


Yaxşı Qiymətqoyma biznesdə çox önəmlidir.
‪#‎CanSellingLessOfSomethingBeMoreProfitableThanSellingMoreOfIt

TINSTAAFL

Çox asan əldə edilənlərin əslində bir təhlükə olduğunu demək. 
-Ucuz ətin şorbası olmaz.
-Bedava peynir sadece fare kapanında olur.
-The only free cheese is in the mouse trap.
-TINSTAAFL (There's no such thing as a free lunch)

Friday, July 10, 2015

Uşaqlıqdan izləmək və nəticə çıxarmaq bacarığı

Yaxşı uşaq tərbiyə etmək ətrafda gördüyüm bir çox ailəli dostlarımın əsas narahatçılıqlarındandır. Məsuliyyətli və daha yararlı nəsil yetişdirmək amalında olanlar da indidən gərək bu çətin hazırlıqlara başlasınlar ki, vətənə millətə xeyirli fərdləri yetişdirə bilək. 
Məşhur fizik Riçard Feynman həmişə atasının onun yetişməsində necə böyük rol oynadığından yazıb. Ata ilə oğulun söhbətlərindən indiyədək bir neçəsin paylaşmışam, bu gün isə bir başqasın paylaşıram. Böyük ibrət var bu söhbətlərdə, uşaqları belə yetişdirmək lazımdır. 
Feynman uşaq yaşlarında parkda dostları ilə oynarkən bir uşaq ondan soruşur.
- Bu quşu tanıyırsanmı? 
- Yox, tanımıram
- Demək atan sənə heç nə öyrətməyib, bu qəhvərəngli boğazı olan quşdur. 
Əksinə, Feynmanın atası ona çox şey öyrətmişdi.
Bu quşun Spencey bülbülü olduğunu, italyanca, portuqalca, çincə, yaponca bu quşun necə adlandığını. 
Amma Feynmanın atası həmişə deyərdi: 
Bir quşun adını bütün dillərdə bilə bilərsən, başqa ölkələrdə adamların bu quşa nə dediklərini və necə yaşadıqlarını. Amma yenə də o quş haqqında heç bir şey bilməyəcəksən oğul. Gəl bərabər bu quşa baxaq və onun nə etdiyi izləyək.
Qısası - bir gəzintidə gördüyün quşun adını əzbərləməkdənsə, quşun necə davrandığını və niyə elə davrandığını izlə və nəticə çıxar. 
Çıxarılan Dərs: Bir nəsnənin adını bilməklə özünü bilmək arasında böyük fərq var.
Sonralara isə Feynman bildi ki, bu quşun adı fərqliymiş. Heç çin və portuqal dillərində də atası quşun adını düz deməmişdi. Amma Feynman uşaqlıqda izləməyi və nəticə çıxarmağı öyrənmişdi.


Uşaq böyütmə sənətinə müxtəlif yanaşmalar

Uşaq böyütmə sənətinə müxtəlif yanaşmalar

Danimarkalılar alış-verişə, restoran və kafeyə gedərkən uşaqları küçədə-bayırda saxlayırlar. Belə hesab olunur ki, təmiz hava uşaq üçün faydalıdır. 

Vyetnamda uşaqları izləyən valideynlər sidiyə gedərkən onlara fit çalmağa başlayırlar. Uşaqlarda belə bir refleks yaranır ki, fit çalınan zaman sidiyə getmək lazımdır. 

Polineziya adasıda valideynlər yox, böyük uşaqlar balacaların qayğısına qalır və onlara həyatı öyrədirlər. 

Yapon valideynlər uşaqların şəhərdə sərbəst gəzməsinə icazə verirlər. 4-7 yaşlı uşaqları təkbaşına metroda görmək olar, bu çox normal haldır.

İspan valideynlər uşaqlara tez yatağa girmələrini və yatmalarını təkid etmirlər. Axşam saatları əslində uşaqlar üçün böyüklərlə ən yaxşı ünsiyyət imkanıdır.


Fransada u
şaqlar hər şey yeyirlər-kiflənmiş pendiri və dəniz məhsullarını da.



Çörçil Anekdotu

Sənin üçün 2 bilet saxlayıram tamaşamın açılış gecəsi üçün. Gəl və bir dostunu gətir - əgər dostun varsa təbii.
Birinci tamaşaya gələ bilməyəcəm. İkinci tamaşaya gəlmək istərdim - əgər ikinci tamaşa varsa təbii.



Thursday, July 9, 2015

Behzad miniatürü Harun əl - Rəşid hamamda

Rəssam: Kəmaləddin Behzad 
Əsər adı: Harun əl-Rəşid hamamda
"Xəmsə" Nizami. 1495

Britaniya Muzeyi, London


Sunday, July 5, 2015

STEM təhsili

Hər il OECD ölkələri riyaziyyat təhsilinə $236 milyard xərcləyirlər. Buna rəğmən Elm, Texnologiya, Mühəndislik və Riyaziyyat sahələrində kadr və istedad qıtlığı müşahidə edilir.

STEM Education. Yəni Science (Elm), Technology (Texnologiya), Engineering (Mühəndislik), Mathematics (Riyaziyyat) yönümlü təhsil. Əvvəllər ayrılıqda riyaziyyat, fizika, kimya təmayüllü məktəblər vardı (yəgin indi də var). Amma zaman-zaman bu təmayül yanaşmasının təkcə riyaziyyat və ya fizika üzərindən baxılmasının düzgün olmadığı aşkar olundu. Bu dördlüyün birlikdə olması bu istiqamətdə təhsilin daha mükəmməl və şəraitə adekvat nəticələnməsinə gətirir. Obama Administrasiyasının 2014 büdcəsində STEM təhsili üzrə federal proqramlara $3.1 milyard ayrılıb. Britaniyanın Mühəndislik üzrə Kral Akademiyasının (Royal Academy of Engineering) hesabatına görə Britaniyada daxili əmək bazarı üçün 2020-ə qədər hər il 100.000 STEM peşəkarlarının yetişməsinə ehtiyac var. Almaniyanın bu ehtiyacı 200.000 civarındadır.

Bütün dünya ölkələrində innovasiyanı şərtləndirən məhz bu sahələrin inkişafıdır. Biz də uşaqlarımızı bu sahələrə yönəltməliyik. Riyaziyyat, mühəndislik, kodinq, robotiks, qısacası elmə. Ölkənin və insanların əlavə dəyər yaratması bu halda, tətbiqi sahələrə yönəlməklə mümkündür. 




Friday, July 3, 2015

yayda rast gələ biləcəyimiz bəzi həşaratların milli adları

Yayda rast gələ biləcəyimiz bəzi həşaratların milli adları.


İstifadə edilən mənbə: İdea- Ekoloji Menecment

Monday, June 22, 2015

İnteryer və exteryer dizayn

Bağ evləri dizaynı barədə italyan arxitektorla söhbətdən:
Mən Azərbaycanda interyer işləri görməkdə maraqlı deyiləm. Eksteryeri dizayn edəndə yanlız kişiyə göstərirsən. Evin daxilinə isə bütün ailə və qohum-əqraba qarışır öz arzu və istəkləriylə, xanımlar, baldızlar, xalalar, nənələr və.s.

Friday, February 20, 2015

Packman

Toru Iwatani adlı yapon dizayneri əksər oyun avtomatları zalında ancaq oğlanların olduğunu müşayiət etdikdən sonra özünə iki sual verir: 
1. Oyun zallları oğlan və qızların görüşməsi üçün yaxşı məkan ola bilər. Amma qızları bura necə cəlb etməli?
2. Qızların ən sevimli məşğuliyyəti nədir? 
“Yemək!”- dizayner verdiyi suala belə cavab verir. Bundan sonra özünün məşhur Pac-Man oyununu icad edir. Bir hissəsi kəsilmiş pizza nöqtələri yeyir və meyvələr peyda olur. Bəsit bir ideyanın qazancı təkcə ABŞ-da 2 milyard dollar olur.



Wednesday, February 18, 2015

dollar-manat kursu

Salam. Son günlər dollar-manat kursu və.s ilə bağlı müzakirələri çox görürük. Nəzərə alsaq ki, hamının iqtisadi bilikləri yoxdur, bu mövzu xeyli dostlar üçün mürəkkəb görünür. Buna görə,valyuta məzənnələrinin necə formalaşması ilə bağlı sadə nəzəri izahatı gözdən keçirməkdə fayda var. Valyuta məzənnəsi - bir pulun digər pula nisbətdə dəyərinin ifadəsidir. Məsələn, 1 dollar verib 25 rubl alırsınızsa, o zaman 1 rubl = 0.04 dollardır. 100 rubl 4 dollar edər. Hər bir valyuta nəzəri olaraq digər bir valyuta ilə dəyişdirilə bilər. Bəzi valyutaları dünyanın hər yerində digərinə dəyişmək mümkündür. Digərlərini isə yalnız yerli bazarlarda. Valyuta məzənnələri necə formalaşır? Böyük bir bazar təsəvvür edin. Bu bazarda manatla kartof yox, dollar və ya avro almağa gəlibsiniz. Bu bazarda alıcı və satıcılar kimlərdir? Turistlər, qonaqlar, banklar, xaricdən mal alan və ya xaricə mal göndərən hamı-banklar, şirkətlər və digər iştirakçılar.  Əgər Azərbaycan şirkəti Çindən kompüter alırsa, o zaman bu şirkətə Çinin pul vahidi yuan lazımdır. Əksinə, çindəki şirkət Azərbaycandan məhsul alırsa, ona manat lazımdır. Əgər çin məhsullarına bizim bazarda daha çox tələb varsa, o zaman biz daha çox yuan almağa başlayacağıq ki, daha çox idxal edək. Yuan bu zaman manata nisbətdə daha dəyərli olacaq, ona tələb artdığına görə. Valyutalar arasındakı məzənnə adətən dollara nisbətdə müəyyənləşir. Yəni Çin şirkəti pulunu dollara çevirib bizə göndərir, biz də həmin dolları manata çeviririk. Ticarət Balansı – valyuta məzənnəsinə təsir edən ən önəmli faktorlardandır: Əgər biz idxal etdiyimizdən daha çox ixrac ediriksə, o zaman bizim ticarət balansımız müsbət olur. Beləcə bizim valyutamıza olan ehtiyac da artır. Yox əgər biz daha çox mal alırıqsa, yəni idxal ediriksə o zaman digər ölkələrin valyutasına ehtiyac yaranır və onların valyutası dəyər qazanır. Daxili bazarda idxal malları nə qədər çoxdursa, məzənnənin necə olmasının ümumi inflyasiya səviyyəsinə təsiri də bir o qədər əhəmiyyətli olur.

Sunday, January 11, 2015

Vüqar Həşimov - 1 il keçdi

Dünha əhalisinin 605 milyonu şahmat oynamağı bacarır. 2009-da dünyanın ən yaxşı 15 şahmat oyunçusundan 3-ü azərbaycanlı idi - Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov və Vüqar Həşimov. Balaca bir ölkənin belə böyük şahmat məktəbinin olması həmişə çox qürurvericidir.
Bu gün həmin məktəbin ən işıqlı adamlarından Vüqar Həşimov vəfat edib, 27 yaşında. Uzun müddətdir başında olan bədxassəli şişdən müalicə olunurdu. Bu hadisə təkcə bizim üçün deyil, bütövlükdə şahmat dünyası üçün ağır itkidir. Modern Benoni ilə çox gözəlliklər yaratmışdı.
Çox xoşbəxtəm ki Vüqar kimi adamla bir dəfə söhbət imkanım olub. Əjdaha oyunçu və adamıydı.
Bu isə Polşada ilk böyük tarixi qələbənin videosudur, Azərbaycan Avropanın şahmat çempionu olur. Həlledici qələbənin müəllifi Həşimov. Rest in peace!