Mətbuat
günümüz mübarək. Zərdabinin həyatından bir hissə.
XX əsrin əvvəlləri...
Bakıda su qıtlığı var. Şəhərə suyu iri çənlərdə gətirirlər. Su
kəməri çəkmək məsələsi gündəmdədir. Həsən bəy Dumanın iclaslarında şəhərə təmiz
dağ suyu çəkmək məsələsini qaldırır.
Şəhər Dumasındakı bir başqa deputat - Ambarsum Məlikov şəhərə suyun onun Zuğulbada olan malikanəsindəki çeşmədən çəkilməsini istəyir. Bu, ona böyük gəlir gətirəcək. Həsən bəyin qızı Qəribsoltan xanım xatirələrində yazırki, bir dəfə atasının öz dostları ilə söhbətinin şahidi olur. Həsən bəy həyəcanla deyirmiş:

“Bu dələduz şəhərə özü ilə
bərabər qızdırma gətirən su çəkdirmək istəyir. Buna yol vermək olmaz!..”.
Dumada Zərdabinin dirənişindən xoflanan Ambarsum Məlikov ona o vaxta görə çox böyük məbləğ sayılan bir neçə min rubl rüşvət göndərir.

Qəribsoltan xanım yazır ki, mən
evimizdə hələ buna oxşar fırtına görməmişdim:
“Həmişə özünü təmkinli və nəzakətli aparan atam bu dəfə təsvirəgəlməz hiddətlə püskürən vulkana dönmüşdü”.
Həsən bəy dəli kimi (qızı belə yazır-S.İ.) bağırır: “O məni satın almaq istəyir!”.
Hənifə xanım var gücü ilə Həsən bəyi sakitləşdirməyə çalışır, amma nail olmur. Əsl mərəkə Dumanın iclasında baş verir. Həsən bəy Ambarsum Məlikovu hamının yanında “yaramaz” adlandırır. Ambarsum bərk hirslənib onu duelə çağırır...

Həsən bəy: - Nə? Sizinlə duel?!.
Siz, sadəcə, axmaqsınız! Özündən çıxmış Həsən bəy bu sözləri deyərək Dumanın
iclas zalını tərk edir. Evdə Hənifə xanım onu yatağa uzadır.
Özündə olmayan Həsən bəy bu sözləri aramsız təkrarlayır: - Mən bacarmadım!.. Başa düşürsən?! Adamı dəhşətə gətirən odur ki, bütöv bir xalqın sağlamlığı məsələsi həll olunarkən, o dələduz utanmadan alicənablıq məzhəkəsi oynadı və ləyaqətsizliklə üstün gəldi.

1904-cü ildə Zuğulbadan Bakıya
çəkilən suya gəlincə, Həsən bəyin dediyi kimi, bu su şəhəri xilas edə bilmir.
Axı yararsız idi, texniki məqsədlər üçün istifadə olunurdu.
Hacı
Zeynalabdin Tağıyev , eləcə də Həsən Bəy Zərdabi əhalinin su təchizatını
yaxşılaşdırmaq üçün çox böyük səylər göstərməyə başlayırlar və uzun illərdən
sonra---1917-ci ildə şəhərə “Şollar” Su Kəməri çəkilir.
Bu kəmər istifadəyə veriləndə “Böyük Əkinçi” artıq 10 il idi ki
həyata göz yummuşdu.
No comments:
Post a Comment