Thursday, July 9, 2015

Behzad miniatürü Harun əl - Rəşid hamamda

Rəssam: Kəmaləddin Behzad 
Əsər adı: Harun əl-Rəşid hamamda
"Xəmsə" Nizami. 1495

Britaniya Muzeyi, London



Rufat Abdulla 1096-cı ildə Xaçlı yürüşləri başlayanda biz fəxrlə deyirik ki, avropalılar hamam nədir bilmirdilər, kir-pas içində yaşayırdılar, Şərqdə isə hamam va idi. 1495-ci ildə biz hələ də hamamdan dəm vururuq, Kolumb isə 
artıq 3 ildir ki, Amerikanı kəşf edib.
  • Nemat Ceferov Emin Capa- nin TEDx- de hamamla bagli yaxsi cixisi var . Meselenin hamamda olmadigini vurgulayir

Kanan Karimzada Sherqlilerin su ve deniz qorxusu ile bagli maraqli yazilar var. Meselen, Osmanli okeana achila bilmedi, en yaxsi haldi deniz olkesi oldu.

Sanan Suleymanov Rufat bəy siz yazadıqlarınızın bu əsərlə nə əlaqəsi var, düzü anlamadım. Maraqlısı odur ki, şəkildə təsvir olunan insanlar tanıdığımız ərəb irqinə mənsub adamlara bənzəmirlər.

Rufat Abdulla Əlaqəsi əsərlə deyil, zəmanə ilədir. 1455-ci ildə Hutenberq kitab çapını kəşf edəndə nəşr elədiyi birinci kitab Bibliya idi. Amma artıq 10 il sonra Siseronun "Natiqli sənəti haqqında", 20 il sonra Plininin "Təbii tarixi", digər elmi kitablar nəşr olunmağa başlanmışdır. Biz isə hamam-hamam içində, xəlbir saman içindəy(d)ik.

Shahla Aliguliyeva Mənə isə başqa şey maraqlı gəlir. İnsanları yaxından çəkmək olmaz, üz cizgilərini detallı, "firəngsayağı" vermək olmaz, ancaq quş uçuşundan ümumi mənzərəni vermək olar. Amma... hamam mənzərəsini, insanları hamamda çimdiyi yerdə çəkmək olar. smile emoticon Mənə görə təzaddır.

Kanan Karimzada Yəqin ki, texnika və incəlik daha önəmli sayılırmış.
Təbriz miniatürləri işləyən rəssamlar 2 aylıq pişik balalarının başının ortasındakı zərif tüklərdən hazırlanmış fırçalardan istifadə edirmişlər. Hər tükün ucu müəyyən bucaq altında kəsilirmiş və xüsusi, yalnız onlara məlum qaydada bir yerə yığılıb bağlanırmış. Yalnız bir neçə tükdən ibarət fırçalarla işləyirmişlər. Miniatür çəkən rəssamlar hazırladıqları rənglərə tərkibində ətir olan maddələr qatırlarmış ki, kitabdan müşk qoxusu gəlsin. Rənglərin özü isə rəsmin müxtəlif elementlərinə müxtəlif qatılıqda vurulurdu. Beləliklə vərəqlərdə çox zərif rəngli relyef əmələ gəlirdi.
Miniatürün eskizi çox zaman bir neçə ay tələb edirdi. Elə əlyazma kitablar olub ki, onların illustrasiyaları üzərində emalatxananın bütün heyəti 20 ildən çox çalışıb. 

Səfəvi şahzadəsi Təhmasib də yaxşı rəsm çəkməyi bacarırdı, Sultan Məhəmməd ona müəllimlik edirdi. Şahlıq taxtına oturduqdan sonra Təhmasibin başı dövlət işlərinə qarışır. Getdikcə şah Təhmasibin dini ehkamlara meyli daha da artır, fanatizm səviyyəsinə çatır. 1534-cü ildə Şərqin sənət mərkəzi Təbriz şah kitabxanası fəaliyyətini dayandırır. Beləcə məktəb məhv olur. Miniatürlər daha gözə dəymir.

Shahla Aliguliyeva Sənanın "ərəb irqinə mənsub adamlara bənzəmirlər"inə cavab olaraq: 

Mütəxəssislər deyirlər ki, miniatürlərin bu növü mənşəyini Çin minatür məktəbindən götürür. Hansısa rəssamlar və xəttatlar bu üsulu Çindən gətiriblər. Ona görə insanları da məhz Çin m
əktəbində olduğu kimi, yəni qıyıqqgöz çəkmək qayda sayılırmış. O vaxt da sənətkarlar görüür çox konservativ olublar, ona görə çox uzun dövr ərzində bu qayda dəyişməyib. Hətta erkən yeni dövrə aid İran miniatürləri var, adamları daha yaxından göstərən. Orda adamlar hələ də qıyıqgözdür.

Çin məktəbi ilə bağlı məlumatı Sackler Gallery-də Falnamə sərgisində almışam. İnternetdə bununla bağlı çoxlu məlumatın olduğuna inanıram

Kanan Karimzada Çin məktəbinə bağlılıqla bağlı yazılar çoxdur, hətta uçan quşlar və əjdahalar həmin dövrün miniatür sənət əsərlərinin əsas mövzusudur.

Behzad özü əfqan əsillidir, yaşadığı ərazi isə ərəbistan deyil. Adam gördüyünü çəkir həm də.

No comments: