Türk yazarı Mehmet Murat İldan’dan soruşurlar –
-Əziz İldan, siz İqtisad oxuyandan sonra
Ədəbiyyata keçdiniz. İkisi ilə də bir arada məşğul olmağı düşündünüzmü?
- Mən 1984-1997 illərində ODTÜ-də bakalavr, İngiltərədə magistatura və doktorluq etdikdən sonra bir də baxdım 13 ildir iqtisadiyyatla məşğulam. İqtisad peşəsini tərk etdiyimdə bu sualı mən də ciddi şəkildə özümə verdim. Cavabı isə bu gözəl Zen hekayəsində tapdım:

Bir savaş sənəti ustasının tələbəsi müəlliminə
sual vermək üçün yaxınlaşır:
“Savaş sənəti sahəsində biliyimi artırmaq, bu
sahədə irəliləmək istəyirəm. Eyni zamanda bir başqa müəllimlə də başqa stilləri
öyrənmək üçün çalışmaq istəyirəm. Bu düşüncəmlə bağlı nə deyə bilərsiniz?”
Müəllim belə cavab verir:
Müəllim belə cavab verir:
“İki dovşanı qovalayan bir ovçu ikisini də tuta
bilməz!”
Bəli, mən də bu hekayənin tövsiyəsinə inanıb
ədəbiyyat dovşanını seçdim. Ədəbiyyat səyahətimdə iqtisad təhsilimin böyük
köməyini gördüm. Xüsusilə doktorluq işim məni çox tələbkar etmişdi. Riyaziyyat
biliyi hər insana bütün həyatı boyu köməkçi olur. “Simyacı'nın Karısı” adlı
əsərimdə simmetrik səhnələr riyaziyyatın köməkliyi ilə məndə formalaşan
düşüncədən yarandı. İnsanın həyatı boyu öyrəndiyi hər nəsnə bəzən fərqində
olmasa belə bir gün mütləq onun köməyinə yetişər.
No comments:
Post a Comment