Rəqabətli olmağı, uğuru, yaxşı cəmiyyəti, elm,
təhsil və dövlət quruculuğunu şərtləndirən bir neçə amildən başlayaq.
1) Öz İşini Yaxşı Bilmək
1) Öz İşini Yaxşı Bilmək
2)
Məktəbləşmə
3)
Ənənələrin Yaranması - İnstitutlaşma
İnanılır
ki, öz işini yaxşı bilməyin, təhsil almağın və ixtisaslaşmanın gətirdiyi
birinci fayda artan əmək məhsuldarlığıdır. Artan əmək məhsuldarlığı daha çox
gəlir deməkdir. Yaxşı təhsil və ixtisaslaşma aşağı cinayət səviyyəsidir. Artan
gəlirlər sabahın investisiyasıdır. İnvestisiyalar isə artımdır və inkişafı
şərtləndirir.
Yaxşı
cəmiyyətin sağlam bünövrəsi öz işini yaxşı bilən adamlara dayanmaqdadır. Bu
insanların topladığı təcrübə, ixtisaslaşma və cəmiyyətə ötürdükləri fayda
illərin ənənələrinə dayandığı zaman daşlaşıb bərkiyər.
Amerikalı
turist İngiltərədə bir sarayı ziyarət edər. Saray bağçasındakı otların
çox yaşıl və parlaq olmasına heyran qalar. Bağbandan soruşar ki, siz bunu necə
edirsiniz? Bizdə, Amerikada belə gözəl alınmır. Bağban deyər ki, əvvəlcə
torpağı belləyirik, toxum tökürük, gübrə atırıq, üzərinə vururuq, yağış yağır,
sulayırıq, ot çıxır, sonra kəsirik, sonra yenə vururuq, sonra yenə kəsirik,
yenə vururuq. Amerikalı cavab verər ki, toxumunuz çox keyfiyyətlidir yəqin.
Bağban orta keyfiyyətli olduğunu söyləyər. Turist heyrətini gizlətməyib deyər,
axı biz də eyni prosesi həyata keçiririk, toxumu səpirik, ot çıxır, otu
kəsirik, sonra üzərinə vururuq. Amma bizdə belə alınmır. Bağban cavab
verər ki, amma biz bunu 700 ildir edirik.
Bir türk alimindən soruşublar ki, niyə biz elmdə qərbdən bu qədər geriyik? Cavab verir ki, bizim yalnız elm adamlarımız var, bizdən bir az irəli olanların isə elm məktəbləri, bizdən çox irəlidə olanların isə elm ənənələri.
Və
ya götürək ölkəmizin şahmat uğurlarını. ikiqat Avropa çempionuyuq şahmat üzrə.
Elə il olub ki, dünya reytinqində ən güclü 15 şahmatçıdan 3-ü azərbaycanlı olub
( Şəhriyar Məmmədyarov, Vüqar Həşimov və Teymur Rəcəbov). Bu uğuru şərtləndirən
səbəblər nələrdir bəs? Əlbəttə ki, Sovet dövründə Bakının şahmat
məktəblərindən biri olması. Ölkənin bir şahmat yaddaşı və ənənəsi var, bu bizi
dünya səviyyəsində rəqabətli edib...
Biz
toplum olaraq bir çox sahədə birinci mərhələyə qədəmləyirik. Öz işini yaxşı
bilənlərin parlamasına və digərlərinə örnək olmasına çox ehtiyac var. Bu
mənada, biznesdə, dövlət işində, fərdi həyatda uğur hekayələrinin yaranmasına
və paylaşılmasına önəm verilməlidir ki, yüzlərlə-minlərlə cavan insan
ruhlansın. Bu ruhlanma heç şübhəsiz müsbət axınlar və ya üzü yuxarı vektorları,
başqa sözlə desək inkişafı gətirəcək.
Qısa haşiyə - Keçən həftə bu fikirlərimə çox yaxın maraqlı bir sosial kampaniyanın şahidi oldum. AtaSığorta tərəfindən təşkil edilən “Mən İşimi Bilirəm” layihəsidir. (http://www.ishimibilirem.az/ ). Maraqlı da bir konkurs başlayıb. Layihə barədə linkdən tanış ola bilərsiniz. Təqdirəlayiq bir işdir, ümid edirəm daha çox insan iştirak edər.
Sonluq
olaraq bəzi əlaqəli məsələləri bir daha xatırlamağın yeridir. İş görmək məsələsinə
gəldikdə insanlar çox fərqlidir, eləcə də istedadlar və bacarıqlar. Hər Oxuyan
Molla Pənah olmaz, və ya müasir deyimlə - hər gitarası olan uşaq Eric Clapton olmaz.
Bu
mənada ən əsas məsələ sevgi və həvəsdir!. Bizim bədənimizi və
enerjimizi ruhlandıran məhz həvəs və sevgidir. Sevdiyin işi gördüyün zaman vaxt
da sənin üçün bir başqa mahiyyət daşıyır. Sevdiyin işi 5 saat görmək sənə 10
dəqiqə kimi görünür, amma ruhunuza və enerjinizə uyğun gəlməyən işlə 10 dəqiqə
məşğul olmaq bizə 5 saat kimi gələ bilər. Səbəb isə sadədir – bu iş sizin
enerji və həvəsinizi qidalandırmır.
No comments:
Post a Comment