Sunday, November 2, 2014

Nəzir deməklə bu iş düzəlsəydi...

Bu gün bir çay evindəydik dostumla. Bir az işləyib, söhbət edəcəkdik. Çox səs-küy oldu. Elə bizim əksər çay evlərinin abu-havası belədir.
Bir hadisəni xatırlatdı. Filosof Schopenhauer Frankfurtda bir restorana günaşırı nahar üçün gələrmiş. Hər dəfə də qonşu stolda səsli-küylü prussiya zabitləri olarmış.

Bir dəfə filosof öz dostunu yeməyə çağırır. Dostu fikir verir ki, filosof pul qabından qızıl qəpik çıxarıb stolun üstündə saxladı, gedərkən isə qəpiyi götürüb cibinə qoyur.
- niyə belə edirsiniz? deyə filosofdan soruşur
- Mən burada 1 ildən çoxdur yemək yeyirəm. Özümə söz vermişəm ki, əgər bir gün buradakı zabitlər qadın və atlardan başqa bir söhbət etsələr, mən bu pulu ilk gördüyüm dilənçiyə verəcəm. Amma bir ildir ki bu pul cibimdədir.

Nəzir deməklə bu iş düzəlsəydi...

No comments: