Sunday, November 28, 2010

Ümumdünya Ticarət Təşkilatına üzvlük, baryersiz ticarət ölkə üçün nə vəd edir?


Kənan Kərimzadə02/07/10 www.azadliqciragi.org
1997-ci ildən etibarən Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzvlüyü mətbuatda ən çox işıqlandırılan və  geniş maraq kəsb edən müzakirə mövzusu olaraq qalmaqdadır. Qloballaşma və azad ticarətin daha geniş vüsət almasının təsiridir ki, bugün dünya ölkələrinin əksəriyyəti bu təşkilatın üzvüdür və xüsusəndə uzunmüddətdə dünya iqtisadiyyatına inteqrasiya etməyi qarşısına məqsəd qoymuş kiçik ölkələr üçün təşkilata üzvlük daha çox əhəmiyyət kəsb edir. Təşkilatın əsas məqsədi beynəlxalq ticarətin liberallaşmasını dəstəkləməklə yaranan ticarət problemlərini həll etmək və dünya iqtisadiyyatının inkişafına töfhə verməkdir. Bu məqalə yuxarıda göstərilən fikirlərdən irəli çıxaraq ÜTT-yə üzvlüyünün alternativsiz olduğunu və barriersiz ticarətin ölkə iqtisadiyyatı (cəmiyyətdən daha çox fərdi yanaşma, istehlakçılar nəzərdə tutulur) üçün yarada biləcəyi imkanlardan söhbət açır.


ÜTT-yə üzvlük ölkələr arasında olan imkanlar bərabərsizliyi müəyyən mənada aradan qaldırmaqla hamının ticarətdən faydalanmasını mümkün edir. Təbii ki, belə olan halda kiçik ölkələrin daha çox idxal etmək imkanının artması bu üzvlükdən faydalanmaq baxımından önəmlidir. Əhali tərəfindən istehlak edilən mal və xidmətlərin qiymətlərində baş verən ucuzlaşma son nəticədə yaşam xərclərini azaltmaqla insanlara daha çox istehlak etmək və ya yaranan əlavə vəsaiti yığıma yönəltmək imkanı yaradır. Bundan əlavə, xidmətlərin qiymətinin azalması əslində müxtəlif sektorlarda rəqabət qabiliyyətliliyin artmasını mümkün edir. ÜTT yə üzvlük bazara rəqabət gətirməklə qiymətlərin ucuzlaşması ilə yanaşı xidmətdən istifadənin keyfiyyətinə də müsbət mənada dəyişiklik ilə nəticələnir. Misal olaraq, Çinin təşkilata üzvlüyü zamanı ölkənin mobil sektorunu yeni kompaniyaların daxil olması ilə telefon danışığı xərclərinin 30 % azalmasını və rabitədə xidmətlərində keyfiyyət dəyişikliyini göstərmək olar. Protektizmin tərəfdarları iddia edir ki, əslində ticarətin liberallaşması ölkə iqtisadiyyatında mənfi tendensiyaların yaranmasına səbəb olur. Misal olaraq, Afrikanın ÜTT yə üzvlüyündən sonra onun dümya ticarətindəki payı 20 faizdən 10 faiz civarına qədər enib. Lakin nəzərə almaq lazımdır ki, iqtisadiyyatın əsasını istehlak, azad ticarətin özəyini isə idxal təşkil edir. Fərdlər isə azad ticarətdə həmişə udur.

Barriersiz ticarət korrupsiya və inhisarçılıq düşmənidir. Əslində əksər hallarda kiçik ölkələrin təşkilata üzvlüyündəki ləngimələri məhz inhisarçıların hökümət üzərində təzyiqləri və korrupsiya amili ilə izah edirlər. Azad ticarət ölkəyə idxal edilən məhsullar üzərində təkəlçilikdən qurtulmaq üçün və idxaldan hamının faydalanması üçün imkanlar yaradır. İnhisarçılığın sıxışdırılmasl ilə ölkəyə gətirilən məhsulların çeşidlərinin çoxalması daha aşağı qiymətlə daha çox seçim imkanını yaradır və nəticədə idxaldan əldə edilən fayda daha da artır.

İnkişaf etməkdə olan ölkələrin ticarət əməliyyatlarındakı boşluqlar və bəzi institutların korrupsioner fəaliyyəti ticarətdə şəffaflıq və hesabatlılıq məsələlərini sual altına qoyur. İki ticarət edən ölkənin bir biriylə qarşılıqlı olaraq ixrac və idxal hesabatlarında rəqəmlərdə olan fərqliliyi müəyyən qism vəsaitin gömrük sistemindən və dövlət büdcəsindən yayındırılması anlamına gəlir. Qeydiyyatdan keçməyən malların ölkə ərazisinə keçməsi dövlət büdcəsi üçün potensial itki mənbəyidir. Təşkilata üzvlük ticarət zamanı sənədləşmə prosedurlarına çox önəm verməklə şəffaflıq və hesabatlılıq ilə bağlı yarana biləcək hallar aydınlıq gətirir.

Təşkilata üzvlük xarici birbaşa investisiyaların həcmində artıma gətirib çıxarır. Kiçik ölkələrdə investisiya mühitinin yaradılması, sığorta və bank sektorlarının inkişafı və inamın yaradılması sahəsindəki problemlər, o cümlədən qanunvericilik bazasına tez tez ediən dəyişiklliklər investorların sərmayə qoymaq üçün seçimlərini digər ölkələrdən yana etməsinə şərait yaradır. ÜTT islahatları və qanunları maliyyə sektorunun liberallaşmasını təmin etməklə xarici inverstorlar üçün əlverişli investisiya mühiti yaradır, maliyyə sektoruna dövlət müdaxiləsini azaltmaqla daha çox özəl sektora fəaliyyət göstərmək təşəbbüsü doğurur ki buda son nəticədə xarici investisiyaların ölkə iqtisadiyyatına axınını gücləndirir.

No comments: