
26 Noyabr, 2010
Fikrimcə, 26 Noyabr qeyd edilməyə dəyər bir tarixdir. Çünki Bakıya TED gəldi, həmdə ruhun dili ilə gəldi! İlk dəfə olaraq mütəqil keçrilən TEDxBaki tədbiri məndə böyük bir maraq oyatdı. Artıq 2 ildir ki www.ted.com izləyicisiyəm və üzv olduğum sosial şəbəkələrdə ən çox paylaşdığım məhz TED videolarıdır. Könüllü olaraq Azərbaycancaya bu videoların subtitle, alt yazısını hazırlayıram. Fikrim var idi ki necəsə olsa mütləq bir TED konfransında iştirak etməliyəm. Bu istəyim TEDxBakı ilə gerçəkləşdi. Gəldik nəyə görə bu yazını yazmaq istəyimə. TEDxBaki tədbiri məndə və inanıram ki tədbirə qatılanların əksəriyyətində böyük maraq yaratdı. Videoların hazırlanmasına və saytda yerləşdirilməsi üçün xeyli vaxt lazımdır, buna görə tədbir baradə maraqlananlar üçün öz gördüklərimdən və eşitdiklərimdən bir hissəni yazacam. Paylaşmaq həmişə gözəldir.
Tədbirdən öncə nə düşünürdüm?
Bir çox işlərdən xəbərdar olsam da, açığı tədbirə gələrkən özümə dedim və mobil telfonumun not hissəsinə bunu yazdım: “Keep your expectations low and don’t expect too much!”- “Gözləntilərini aşağı tut və çox şey gözləmə”. Necə olsa birinci dəfədir, təşəbbüs olduğuna görə hətta pis olacağı halda alqışa layiq olacaq. Amma tədbir şəxsən mənim gözləntilərimdən çox yuxarı səviyyədə oldu.
Start-dan öncə gördüklərim
Tanıdığım çox insanları görmədim, bunun əksinə tanımadığım fərqli və müxtəlif sahələrdə fəaliyyət göstərib uğur qazanmış insanlar gördüm. Bizim Vətəndaş Cəmiyyətində olan tədbirlərdə eyni adamları görüb dönə-dönə eyni fikirləri eşidirik. Amma TEDxBaki bütünlüklə mənim üçün yeni idi. İstər spikerlər, istərsədə iştirakçılar baxımından. Start-dan öncə maraqlı həmsöhbət olan kiçik bir qrupumuz yaranır, hamı fərqli sahələrdə işləyir, əksəriyyəti qərb təhsilli insanlardır. Foye müzakirələri maraqlı görünür, tədbirin keçriləcəyi zal və fon musiqisi əsl TED-ə gəlmişəm abu havasın yaradır. Start-dan öncə Bakıda bu formata biraz yaxın AFU- Azad Fikir Universiteti ( Free Thought University) layihəsindən də danışırıq. Bu barədə sonra yazacam.

VƏ başlayırıq.....
Start
İdris bəy tədbiri açıq elan edir. TEDçilərin hansı fərqli dəyər sahibi olduqlarından danışır. Bir sözlə TEDxBakı- Ruhun Diliylə! Idris bəy deyir ki Azərbaycanda danışan başlar çoxdur amma heyif ki düşünən başlar çox azdır.

Spikerlər
Rafiq Əliyev- Lütfi Zadə ilə birgə üzərində işlədikləri yeni nəzəriyyədən danışır. Rafiq bəy deyir ki indi başqa bir hakimiyyət yaranıb dünyada, gənclik və internet hakimiyyəti. Ehtimallardan danışarkən Eynşteynə müraciət edir. “Tanrı dünya ilə zər oyunu oynamır!”. Odur ki, ehtimallar hələ heçnə demək deyil. Rafiq bəy daha sonra Bill Gates in belə indiki kapitalizm sistemini doğru qurulmuş bir sistem olduğuna inanmağını deyir. Necə olur ki kiminsə milyardlarla vəsaitivar, lakin Afrikadakı milyonlar acdırlar. Çıxış çox akademik alındı.
Toğrul Cuvarlı- Fikrimcə, TEDxBakının ən böyük TAPINTISI! Əsl TEDTalk idi bu çıxış. Toğrul bəy demişdi ki Rafiq Əliyevin dediyinin əksini deyəcəm J Çıxışın Mövzusu: “Nəyə görə dəyişmək vacibdir?”.

Toğrul bəy insanın həyatının bir ritmdən ibarət olduğunu deyir, və bu ritmlər daima dəyişir, məhz buna görə də dəyişiklik şərtdir və qaçılmazdır deyir. Beyndəki ritmlər fərqlidir yaşdan asılı olaraq, məsələn cavanlar roku qocalar muğamı sevir, bütün bunlar beyndəki ritmlərlə əlaqəlidir. Afrikada musiq mədəniyyəti olmayan bir qəbiləyə 80 ci illərin məşhur rok musiqisi və Motsartı dinlədiblər, musiqi mədəniyyəti olmayan qəbilə Motsartartı seçib nəinki öz qarışıq qəbilə həyatlarına ahəng olan rok musiqisini. Toğrul bəy deyir ki bəzi elmlərin artıq zamanı keçib məsələn Coğrafiya və Zoologiya. Son illər Zoologiya elminin ən böyük tapıntısı Afrikada Lut Dələn adlı heyvanın üzə çıxarılmasıdır. Bu heyvan 30 il yaşayır, cavan şəkildə və qəfildən, bilmədən infarkt keçirərək ölür. Əslində uzun ömürlülüyü araşdıran elmələrində nail olmaq istədiyi məhz budur, insanın uzun həyat yaşayıb əzab çəkmədən ölməsi. Toğrul bəy Rafiq bəyin dediyi internet və texnologiya inqilabına qarşı fikrlər söyləyir. Rusiyada yaradılmış bir məktəbdə yeni texnologiya ilə valideyn və müəllimlərə şagirdin nə zaman məktəbə gəlməsi və getməsi barədə siqnallar ötrülür, şagirdlərin dərsdə mövcudluğuna nəzarət sistemi yaradılır. Toğrul bəy deyir ki bu zaman məqsəd təhsil vermək olmur, əksinə bu sistem bir yalan detektoru kimi fəaliyyət göstərir. Şagirdlər bəzən çalışır ki bu kimi sistemlərdən necə yayınsınlar, belə şagirdlərin gələcəkdə alim yoxsa yalançı olacağını isə ölçmək mümkün deyil.

Togrul bəy deyir ki amma yeni bu internet inqilabı və sosial şəbələr praktiki olaraq mümkün olmayan 24 yaşlı milyarder yaradır. Niyə insanlar sosial şəbəkələrə can atır? Çünki orda tənhalıq yoxdur, dostlar var və oyunlar var. Sosial şəbəkələrdə avara insanların çox olmasına baxmayaq burdan həmdə gəncləri ətrafında toplayan ciddi liderlər yetişə bilər. Bu kimi insanlar bəzən çox “xatalı” hesab olunur. Bu kimi məsələlərə görə internetin bu məkanının dövlət nəzarətinə və diqqətinə götürülməsi halları yarana bilər. Avara insanlar və müxtəlif oyun və tətbiqetmə həvəskarları sosial şəbəkələrdə 0 effekti yaradır, dəyəli fikrlərin və informasiyanın qabarmasına imkan vermir. Togrul bəy deyir ki maliyyə böhranının üç səbəbi oldu. Real pul problemi, borclanma-insan amili, və texnoloji gözləntilərin gerçəkləşməməsi. Yenədə söhbətdə əsas mövzu insanın nə istədiyidir. Biz maraqlı amma risksiz həyat istəyirik, istəyirik ki rəqabət olsun amma həmişə biz udaq, istəyirik ki edalətli məhkəmə sistemi olsun amma bir dənədə cinayət və ədalətsiz qərar olmasın. Sonda bir yəhudi atalar sözü ilə çıxış başa çatır. “Düşüncələrimiz hardadırsa biz ordayıq, o zaman yaxşı yerdə olun həmişə”

TEDxBaki istər təşkilatçılığı istərsədə söhbətlərin məzmununa görə yeni idi. Bütün təşkilatçı dostlarıma belə gözəl tədbir üçün təşəkkürlər. Bir sözlə Əla alındı.
No comments:
Post a Comment