Sunday, June 13, 2010

TEDxBakı FAQs

Təşəbbüskar və təşkilatçı  kimdir?
Təşəbbüskar və kurator: İdris Heydərli - müstəqil araşdırmaçı, bloqer, filmmeyker

Komanda: Azər Əliyev - “Aksent” reklam şirkətinin rəhbəri, Məmməd Kərimov – “Mak.az” saytının rəhbəri, Mehman Xəlilov – “MEQA” şirkətinin rəhbəri, Kənan Kərimzadə - yaxınlarda ABŞ-a təhsil almağa yola düşən ən aktiv və ən səmimi TEDster.

Müstəqildir ya necə?
TEDxBakı digər TEDx tədbirləri kimi TED formatlı və TED lisenziyalı lakin müstəqil təşkil olunan tədbirdir. TEDxBakı təşkilatçıları müstəqil olaraq fəaliyyət göstərir və TED təşkilatçıları ilə hər hansı hüquqi asılılıqda deyillər.

Hansı dövlət orqanları dəstək göstərir?
İndiyənə qədər dövlət orqanlarına əməkdaşlıq üçün müraciət olunmayıb. Lakin gələcəkdə buna baxmaq olar.

Konfrans nə vaxt harada baş verəcək?
Hələ ki, Beynəlxalq Ticarət Mərkəzində qərarlaşmışıq, lakin daha dəqiq yaxın günlərdə məlum olacaq.

Məqsədi nədir?
TEDxBakı’nın məqsədi bölüşməyə layiq ideyaları üzə çıxarmaqdır. Yəni, kiminsə yüzlərlə, minlərlə insanla bölüşmək istədiyi dəyərlər varsa buyursun TEDxBakı səhnəsinə.

Niyə bu konfrans önəmlidir?
Bu konfrans özünə və ağzından çıxardığı hər bir sözə inanan, hörmət göstərən və məsuliyyət daşıyan, səmimilik, təbiilik göstərən insanların məskənidir. Buna görə də maraqlıdır.  

Tədbirin gənclər arasında nə rolu vardır?
Gənclər adətən yeni fikirlərə daha həssas və açıq olurlar. Bu baxımdan hesab etmək olar ki, tədbirin gənclər arasında populyarlığı daha artıqdır. 

Tədbiri unikal edən nədir?
Ümumən TED tədbirlərinin unikallığını əsasən spikerlərin unikal çıxışları və mövzuları təşkil edir. Amma bununla yanaşı səhnə dizaynı, promo videolar, internet sayt da TEDx tədbirlərinə unikallıq qata bilər.

Hədəf qrupu varmı?
TED çıxışları özünü, dünyanı dərk edən istənilən şəxs üçün mənəvi qidadır. Bunu nəzərə alaraq müxtəlif yaş qrupları üçün TEDKids, TEDYouth, TEDWomen konfransları mövcuddur. TEDx tədbirlərində isə bu bölgü şəhərlər arasından başqa, mövzulardan tutmuş spikerlərin peşəsinə kimi fərqli ola bilər. Məsələn: TEDxOilSpill və ya TEDxLibrarians

Yaş həddi varmı?
TEDxBakı üçün yaş həddi yoxdur. Lakin “Gənclink” üçün yaş həddini 18-dən 32-yə qədər məhdudlaşdırdıq. Amma gəncliyə aid maraqlı mövzular və ya spikerlər təklif olunarsa müəyyən istisnalar etməyimiz mümkündür.  

Spikerlər kimlərdir?
Spikerlər təsdiq olunduqca tedxbakı.com saytına yerləşdirilir

Nə qədər iştirakçı gözlənilir?
Tədbirdə 150-180 nəfər üçün limitimiz var.

İştirakçılar necə seçilir?
Müəyyən qism biletlər TED həvəskarları, dostlar və sponsorlar arasında paylanacaq. Digər biletlər isə təşkilatı məsrəflərin bir hissəsinin qarşılanması üçün satışa çıxarılacaq.

Rəsmilər varmı?
Xeyr, yoxdur

Ekspertlər varmı?
Ən azından spikerlərin hər biri öz sahəsinin ekspertidir

Varsa, hansı sahəyə aiddirlər? (Vəzifələri və sahələri qeyd edilməklə)
tedxbakı.com saytında spikerlərə dair məlumatlarda bunu ayırd etmək olar

Xarici ekspertlər nəzərdə tutulurmu?
TEDxBakı “Gənclink” konfransında hansısa xarici ekspertin iştirakı hələ ki, nəzərdə tutulmur.  

Konfransda nələr olacaq? Formatı necədir? Neçə saatlıq olacaq? İştirakçıları nə gözləyir?
TEDxBakı tədbirləri adətən səhər saat 10-da başlayıb axşam 5-də bitir.

Sponsorlar kimlərdir? 
Bu barədə yaxınlarda açıqlama olacaq

Konfransda hədiyyə və s. nəzərdə tutulurmu?
Əlbətdə, bu TEDxBakı konfranslarının ayrılmaz hissəsidir

Kofrans haqqında xüsusi qeyd edilməli detallar varmı?
TED qaydalarına əsasən, spikerlərin çıxışı üzündən oxuması yasaqdır. Yəni, spikerlər mövzunu kütlə ilə maksimum 18 dəqiqə ərzində daha təbii şəkildə, bir sıxıntı yaşamadan, şablon çıxış şəklində olmamaq şərti ilə təqdim etməlidirlər. Azərbaycan reallığı fonunda bu xüsusi qeyd edilməlidir.

TEDx nədir? İlk dəfə harada nə vaxt keçirilib? Kim yaradıb? Niyə TEDx adlanır? indiyə kimi dünyada haralarda keçirilib? İlk yarananda məqsədi nə idi?
TEDx proqramı TED tərəfindən iki il öncə təsis edilmiş bir təşəbbüsdür. Dünyada TED’in populyarlığı artıqca TED tipli konfransların da keçirilməsinə ehtiyac yaranmışdı. Bu məqsədlə, “x”lı yəni, “müstəqil təşkil olunmuş” mənasını verən lakin TED lisenziyalı tədbirlər ortalığa çıxdı və qısa müddət ərzində böyük bir sürətlə dünyanı dolaşdı. Nəticədə bu abu-hava keçən ilin noyabrnda Bakıya da gəldi.    

Media nümayəndələri üçün mətbuat konfransı nəzərdə tutulurmu? Tutulursa, harada nə vaxt?
Öncəki TEDxBakı konfransları üçün xüsusi mətbuat konfransı təşkil olunmayıb və “Gənclink” üçün də nəzərdə tutulmur. Lakin, əvvəllər olduğu kimi, bəzi media nümayəndələrini tədbirin işıqlandırılması üçün dəvət etmək mümkündür.  

No comments: