Tuesday, November 4, 2014

Limon həm faydalıdır, həm də zərərlidir

Limon qurtarıb çay içməyə. Limon həm çox faydalıdır, həm çox zərərlidir. Köhnə bir el məsələni xatırladım bu mənada. Eşitməyənlər üçün və xatırlamaq istəyənlər üçün xatırladaq.
İsti yay günündə Molla Nəsrəddin xanımına deyir
- Mənə bir boşqab qatıq ver, bu cür istidə mədə üçün ən yaxşısı elə qatıqdır.
- Qatıq? Evdə bir çömçə belə olsun qatıq yoxdur!
- Lap yaxşı. Yaxşı ki elə yoxdur, qatıq insana çox zərərlidir.
- Ay kişi, çox qəribə danışırsan. Gah deyirsən qatıq xeyirdir, gah deyirsən ziyandır. Bir qərar ver görək bu dediklərindən hansı doğrudur?
- Ay xanım, qatıq varsa insana xeyirlidir, qatıq yoxdursa insana zərərlidir.

No comments: