Pulun rəngi - Bəzən gözəllik sadəcə biznesdir.
Helena Rubenstein Eugène Schueller
Helena Rubinstein 1872-ci ildə Polşanın
Krakow şəhərində yəhudi gecəqondusunda doğulub. 8 qızlı ailənin ən böyük uşağı
idi, atası kerosin satıcısı idi. O 20 yaşında Avstraliyaya gedir və üz kremləri
hazırlamağa başlayır. Bu kremləri o "Valaze" adlandırırdı. İddia edirdi ki, ixtira məşhur Avropalı dəri həkimi Lykuskiyə
aiddir və kremlərin tərkibində çox nadir tapılan, yalnız Karpat dağlarında mövcud olan müalicəvi
otlar var. Çox keçmir, Rubinstein Melburn şəhərinin mərkəzində bir dükan açır. On
il ərzində o milyonçuya çevrilir. Öz biznesini London, Paris və Nyu-Yorka
aparır, sonra isə dünyanın bütün aparıcı şəhərlərinə. Onun şirkəti yeni məhsullar
istifadəyə verir.
Helena Rubinstein şirkəti artıq 62
krem, 78 pudra növü, 46 ətir, odekalon, 69 losyon, 115 pomada, sabunlar, göz
teni və.s istehsal edir. 1928-ci ilin dekabrında Rubinstein öz biznesini Lehman Brothers şirkətinə bu
günün pulu ilə 84 milyon dollara satır. Maliyyə böhranının gəlişi ilə şirkətin
səhmləri 60 dollardan 3 dollara ucuzlaşır. Rubinstein öz şirkətini ucuz qiymətə
geri alır. O polyakca, yidişcə, ingiliscə və fransızca danışa bilirdi. Təkid
edirdi ki, ona Madam deyə müraciət etsinlər. 1965-də ölüm yatağında olarkən o
dünyanın ən varlı qadınlarından biri idi.
Rubinstein yük maşının arxasını
dolduracaq qədər rəsm əsərləri alardı; tənqidçilərdən biri onun haqqında
demişdi “Onun evi 19-cu əsrin ən vacib rəssamlarının ən əhəmiyyətsiz əsərləri
ilə doludur”. Onun bir evində Renoir-dən 7 tablo var idi. Xüsusi bir cəvahirat kolleksiyasına sahib idi və qiymətli zinət əşyaları əlifba sırası ilə qruplaşdırılmışdı. “A” ametist üçün, “D” almaz üçün
və.s. Qonaq otağında çinlilərin qəhvə stolu, qızılı türk lampaları, afrikadan
maskalar, geniş vazalar və.s varıydı. 50-ci illərdə o özündən yarım əsr cavan oğlanla görüşürdü.
Rubenstein-lə eyni dövrdə bir başqa kosmetika nəhəngi Eugène Schueller yaşayırdı. O Parisdə doğulmuşdu və ailənin tək usağı idi, digər dörd uşaq azyaşlı olarkən ölmüşdülər. Ailə bütün parasını qurban verib Schueller-i özəl məktəbə göndərmişdi. Uğurlu akademik karyeradan sonra, o Sarbonn universitetində kimya tədris etməyə başlayır. Amma akademik həyat sıxıcı görünür. Bir gün tanımadığı saç ustası onun yanına gəlir və alimdən etibarsız saç boyalarına əlac tapmağı xahiş edir. Schueller işdən ayrılır və öz evini labarotoriyaya çevirir. 1907-ci ildə onun artıq saç boyası formulası var idi və saç ustalarına bu məhsulu satmağa başlamışdı. 1909-cu ildə Schueller mənfəətə çıxır. 1930-cu ildə Schueller Fransada ən varlı sənaye sahiblərindən biri idi. O hər səhər saat 4-də oyanar, bir saat gəzər, öz işlərinə vaxt ayırar və Roll-Royce maşını ilə bütün zavodlarına baş çəkərdi. O öz şirkətini L’Oréal adlandırdı.
Gözəllik biznesində olan bu iki şəxsin
həyatından paralelllər göstərmək bir neçə bağlılığı izah etmək üçündür. Hər iki
insan eyni dövrə, eyni sosial təbəqəyə aid olub eyni həvəslə yaşayırdılar –
kosmetikanı məşhur etmək üçün. Rubinstein illuziya satırdı—əbədi gənclik sözü
verirdi müştərilərinə. Schuellerin satdığı isə real məhsullar idi. Həm alan həm də satan bilirdi ki, paketin üstündə yazılanlar olacaq, saçlar məhz bu paketdə göstərilən rəngdə olacaq. Rubinstein biznesinin əsasını xalq hikməti təşkil edirdi, Schueller biznesi isə elmə əsaslanırdı.
Rubinstein karyerası xaotik, səsli-küylü
idi. İflasdan uğura, uğurdan iflasa düşüb qalxardı, əlinə düşən qohumlarını öz
biznesinə işlədirdi. Qadının fikrinə görə emosiya
və biznes ayrılmaz ikili idi. O adrenalin və həyəcanlı işlər sevirdi.
Schueller isə hesablama və məntiq heykəli idi sanki. O elmi hesablamalarını biznesinə də tətbiq etməyi bacarırdı. Onun işçiləri şəhərin ən
yaxşı menecerləri idilər. Schueller öz arxasınca div bir şirkət qoyub getdi. Rubinstein
isə 19-cu əsrin sahibkarıydı, onun yanaşması fərdi xüsusiyyətlərə dayanırdı. Schueller
isə müasir, 20-ci əsrin sahibkar idi.
Fransa almanlar tərəfindən işğal ediləndən
sonra (1940) nasistləri dəstəkləyən M.S.R. (Mouvement Social Révolutionnaire)
partiyası yaranır. Partiya talan və qətl işləri ilə məşğul olur, xüsusən də yəhudi əmlaklarının. Bu zaman Schueller
M.S.R. partiyasına dəstək olur, qəzet çapı üçün onlara pul verir, özünün L’Oreal
binasının yaxınlığında partiyaya ofis yeri düzəltdirir.
Əslində Schueller heç də M.S.R.
partiyasına vurulmamışdı və onların ideologiyasını paylaşmırdı. O nə almanlara
yaxın idi, nə də nasist idi. Schueller’in davranışı praqmatizmdən doğurdu. O
biznes adamı idi və almanlarla əməkdaşlıq onun üçün düzgün biznes qərarı
idi. Əslində müharibə illəri istehsala
davam edə bilən müəssisələr üçün çox mənfəətli idi – istehsal olunan nə var
idisə baha qiymətə satılırdı. Yalnız əməkdaşlıq hesabına bizneslər fəaliyyət
göstərə, istehsal üçün xam məhsula çıxış əldə edə bilərdilər.
Schueller müharibədə dalğanın dəyişdiyini
hiss etdiyi an öz yanaşmasını və mövqeyini də dəyişdi. 1941-ci ilin sonlarında
o M.S.R. ilə bütün əlaqələri kəsdi. 1942-ci ilin sonunda o yerli müqavimət dəstələrinə
kömək etməyə başladı. L’Oréal maşınlarının məktublar daşımasına və partizanlar arasında əlaqə vasitəsi
kimi istifadə olunmasına icazə verdi. Xeyli insanın nasistlərdən qaçıb
qurtarmasına kömək etdi.
Müharibədən sonra, Schueller və digər sənayeçilər
nasistlərlə əməkdaşlıqda günahlandırılaraq məhkəməyə çıxarıldılar. Digər sənayeçilərin
biznesləri dövlət tərəfindən alındı, özləri isə həbsdə çürüdülər utancdan. Amma
bunlar Schueller-in başına gəlmədi. Müqavimət hərəkatının qəhrəmanlarından
Pierre de Bénouville ayağa qalxdı və onu müdafiə etdi. Müharibədən sonra qəhrəmanların
bir sözü belə digərləri üçün qanun idi. Schueller bəraət aldı.
Əslində müharibə qəhrəmanı Bénouville
Schueller-i heç də yaxşı tanımırdı. O sadəcə üç dostu xahiş etmişdi deyə Schueller-i
qoruyurdu: François Dalle – Schueller-in ölümündən sonra L’Oréal şirkətini idarə edəcək şəxs, André Bettencourt - Schuellerin qızının əri və
dünyanın ən varlı adamlarından biri, François Mitterrand – müharibənin
sonrlarında L’Oréal şirkətində işləyən şəxs və sonrakı Fransa Prezidenti.
Schueller-in strategiyası “möhtəşəmlik”
nümunəsi idi. O müharibəni imkana və şansa çevirməyi bacarmışdı. Wall-Streetdə
dedikləri kimi yaxşı hedcinq bacarırdı, bütün yumurtaları eyni səbətə
yığmamışdı. Schueller’in ən möhtəşəm bacarığı onun çox gözlənilməz əngəllərin
öhdəsindən gələ bilməsi idi və bu onu əsl sahibkar etmişdi. Əsl sahibkar öz yaradıcılıq məhsulu ilə nəfəs
alan insana, bu məhsulu qorumaq və böyütmək üçün bütün riskləri götürəcək şəxsə
deyilir.
Buna görə də Graham Bell telefondan əl
çəkmədi və uğur qazandı. Schueller saç boyası işinə başlayanda universitetdən
ayrıldı və cibində cəmi 800 frank pul var idi. O isə ixtira axtarışına
çıxmışdı. İki-otaqlı mənzilin bir illik icarəsi
400 frank idi, bundan əlavə o yeməli və ixtira yolunda sınaqlar üçün materiallar
almalı idi. Qonaq otağı onun ofisi oldu, yataq otağı isə labaroriyası. O tək və
çətinliklərlə yaşayırdı.
Bəs bu cürə qəribə görünən və həyatında böyük risklər götürmüş insanın müharibə vaxtındakı mənəvi cəhətdən qəbul etmədiyimiz əməkdaşlığı niyə
qəribə görünməlidir ki?
Biznes dünyasındakı klassik hekayələrədən biri də Ikea-nın yaradıcısı Ingvar Kampradla bağlıdır. Şirkət yarandığı ilk günlərdə digər İsveç mebel istehsalçıları Kampradı boykot
edirlər. Buna səbəb isə onun ucuz qiymətləri idi. Kampradın biznesi böhran
içərisində idi, aldığı sifarişlərin yalnız ¼-ün çatdıra bilirdi. Kamprad biznesini
Polşaya köçürdü, burada İsveçə nisbətdə əmək xərcləri iki dəfə ucuz idi. Beləcə
dünya nəhəngi Ikea yarandı. Bu əsl sahibkar yanaşması idi, bazardakı əngəlləri
şansa çevirmişdi. Amma Kamprad Polşaya gedərkən 1961-ci il idi. Soyuq
Müharibənin ən qızğın çağı idi. Polşada repressiv bir rejim var idi. Belə olan
halda Kampradın Polşaya getməyi, şirkətin sənədləşməsi və.s illər çəkə bilərdi.
Bəs Kamprad öz işini necə qurmuşdu? O polislərə rüşvət verərək qanunsuz yollarla maşın hissələrini ölkəyə gətirə
bilmişdi, çoxlu polis satın almışdı. Əslində Kamprad da Schueller kimi mənəvi əsaslar
və nəticələr barəsində düşünmürdü. O öz biznesini qorumaq və böyütmək üçün
qanunları pozmuşdu və əməkdaşlıq etmişdi.
Holokost qəhrəmanı Oskar Schindler də var. Schindler də sahibkar idi. O Krakow-a gəlir və başa düşür ki, Nasistlərin
iqtisadi proqramı nəticəsində yəhudilərə məxsus qab-qacaq emal edən zavodu çox
az məbləğ qarşılığında işlədə bilər. Zavodun ömrünü uzatmaq və biznesini
qorumaq üçün o cəbhəxana məhsulları və döyüş sursatları istehsal etməyə
başlayır. İlk beş ildə o çoxlu paralar qazanır. Amma almanlar Schindlerin
biznesini bağlamağı qərara alanda o hərbçiləri inandırır ki, işçiləri qaz
kameralarına yox Çevoslavakiyaya Brünnlitzə aparmağa ona icazə versinlər.
Schindler Krakowda qazandığı paraları hərbçilərə və
nəzarətçilərə rüşvət olaraq paylayır ki, bu zavod fəaliyyətdə qalsın, işləyən yəhudilər yemək tapa bilsinlər, əlavə yəhudi işçi qüvvəsi cəlb edə
bilsin və.s. Müharibənin sonunda o artıq bütün varidatını xərcləyib
qurtarmışdı.
Schindler çox az biznesmenlərdəndir ki, o müharibə vaxtının mənəvi konfliktlərini
bizim istədiyimiz kimi həll edə bilib. Amma o həm də sahibkarlığın bütün qızıl qaydalarını pozub — insanları xilas etmək uğruna şirkətin bütün para və
resurslarını xərcləyib. Schindlerin heç bir ciddi sənaye uğur niyyətləri
yoxuydu. Onun başlatdığı bizneslərin heç biri uğurlu olmadı. Müharibə onun
sahibkarlıq niyyətlərini dəyişmişdi. O Schindler üçün Schindler deyildi artıq,
başqaları üçün Schindler idi.
1964-cü ilin May ayında oğrular Helena Rubinstein-ın məşhur evini taladılar. Oğrular qızılgülü
gətirən poçtalyon formasında içəri girmişdilər. Oğrular qadının otağına daxil
olanda, seyfin açarı pul kisəsində idi, pul kisəsi isə yatağın üstündəki
kağızların altında. Madam səssizcə seyfin açarını çıxarıb heç kimin baxmayacağı
bir yerdə gizlətmişdi, döşlərinin arasında. Oğrular pul kisəsini tapanda
kisəsinin içində bir neçə kağız parçası, bir az pudra, 5 ədəd 20 dollar
əsginası və 40 min dollarlıq almaz sırğalar varıydı. Pul kisəsini silkələyərkən
sırğalar yerə düşmüşdü və qadın onların üstünü salfet kağızları ilə örtməyi
bacarmışdı. Oğrular ciddi bir şey tapmadıqlarından əsəbləşib qadını stula
bağladılar və qənimət götürdükləri 100 dollar ilə evdən getdilər. Öz xidmətçisi
Madamı azad edəndə o xidmətçiyə deyir ki, qızılgülləri suya qoysun. Sonra isə
Rubinstein hesablama edir. Onlar məndən 100 dollar oğurladılar, nəzərə alsaq ki
40 dollar da qızılgülə veriblər, demək onlar bu gün cəmi 60 dollar mənfəət
qazanıblar.
Evi talanarkən Rubinstein 91 yaşındaydı, amma o yenə də biznesmen kimi öz
işinin başındaydı. Ölümündən sonra onun varidatı, zinət əşyaları, sənət
əsərləri müxtəlif şəxslər arasında səpələndi. Yarım əsr əziyyət çəkib qurduğu
biznesinə isə gündə bir adam sahib çıxdı. Ən sonda Madamın biznesini L’Oréal-dən Cosmair şirkəti aldı. Yeni sahibkar Jacques Corrèze
idi. O Fransada yəhudi ovu ilə məşhul olan M.S.R. partiyasına tabe hərbi
dəstənin baş leytenantı olmuşdu.
Beləcə biz kosmetika sənayesinin eyni illərdə yaşamış iki nəhəngini müqayisə
edə bilərik. Rubinstein və Schuellerə baxanda sonuncuya “qalib” demək olar. 20-ci əsr 19-cu əsrə qalib gəlmişdi.
Corrèze Paris küçələrində Yəhudi əmlaklarının nasistləşdirilməsi ilə məşğul
idi. O Nyu-Yorka gələrkən niyəsə Rubinstein biznesini almağa maraq göstərirdi. Bu biznesin alınması şəxsi səbəblərə görə idimi? Helena
Rubinstein biznesinin Corrèze tərəfindən əzmlə alınmasında bəlkə də Madamın
yəhudi olması çox önəm kəsb edirdi. Maraqlıdır ki, yeni sahibkar Corrèze heç
vaxt digər oxşar bizneslərə maraq göstərmirdi. Nyu-Yorka
gələn Corrèze isə Parisdəki keçmiş məşhur oyunu oynamağa qərar verdi. Bu dəfə
silahsız və uzunboğaz çəkmələrsiz. Onun bu biznesin alınmasından əldə edəcəyi
həzz çox böyük idi.
Başqa bir ehtimal isə belədir ki, bu heç də şəxsi məsələ deyildi. Eugène Schueller-in
Helena Rubinstein üzərində zəfərindən çıxan bir dərs var – Bəzən gözəllik sadəcə biznesdir. ♦
Məqalə 2011-ci ildə New-Yorker jurnalında çap edilib.
1 comment:
Elbette, burada meqsed biznesi hansi esaslarla qurduqda ugur elde oluna bileri aydinlasdirmaqdir ve elbette ki, biznesi xurafat uzerine qursaniz ve musterilerinizi aldadib, sadece, kar haqqinda fikirlesseniz, biznesiniz uzunmuddetli olmayacaq, amma buradaki ideya bir az qiciqlandirici sekilde catdirilib. Mence, burada bir qeder qadin sahibkarlara, qadinin biznes zekasina subhe ile baxilir. Qadin is qurarasa axiri bele olar seklinde gosterilir ve hetta ksilerin biznes ugurlari ucun etdikleri sexsiyyetden kenar hereketler bagislanir, amma qadinin biznesi yalan uzerine qurdugu vurgulanir. Gender beraberliyinden danisiriqsa, tebii ki, terifi de, tenqidi de qebul etmeliyik. Bu etirazi sadece feminist movqeden qiymetlendirmeyin (elbette ki, feminist notlari inkar etmirem). Jurnalistikanin ne oldugunu, yazicinin diqqeti cekmek ucun oxucunu qiciqlandirmasi lazim oldugunu ve bu yazini siz yazmadiginizi bilirem. Lakin paylasirsaniz, demeli bu fikirleri bolusursunuz. Mence Rubinstein oz biznesini uzun muddetli esaslar uzerine qurmagi dusunmurdu, biznesi onun ucun heyatinin menasi deyildi, eger ele olsa idi, onda sirketini satmazdi. Onu sadece varlanmaq maraqlandirirdi ki, qeyd edildiyi kimi o , olerke en varli adamlardan biri idi. Muqayise olunan iki sexsin siz dediyiniz qeder ortaq noqtesi yoxdu, eslinde hec yoxdu.Onlar ferqli dunyagorusune, heyata, ideala, amala, meqsede sahib idi. Her ikisinin bir ortaq noqtesi var o da meqsedlerine catmalari. Onemli olan meqsediniz deyil, ona catmaqdi ki, ikisi de bunu bacardi ve Rubinsteinin ferqli meqsedi olmasi onun ugursuz is adami daha dogrusu is qadini etmir. Umumiyyetle kisilerin qadinlarin bacariq ve zekasina subhe ile baxmalari bu esir ucun heddinden artiq geride qalmisliqdi. Biz zerif ola bilerik, amma zeif deyilik.
Post a Comment