Friday, September 5, 2014

Zibil, su, təkrar istehsal

Salam. İnkişaf dediyimiz ev, maşın, para, şəhərdəki yeni binalar, hava limanı və.s deyil. İnkişaf dediyimiz toplumun keyfiyyətcə zənginləşməsidir.

Bu gün zibil və tullantıların təkrar istehsalı barədə bir iki önəmli olduğunu düşündüyüm məsələni vurğulayacam.
İsveç rəsmi olaraq bəyan edir ki, 99% zibili təkrar istehsala qaytarır (recycle). Bu ciddi bir inqilabdır. Qanuna görə hər bir istehsalçı öz müəssisəsindən kənar edilən tullantıların toplanması, emalı və.s kimi xərcləri qarşılamalıdır. İsveçlilər həm də bu işə zibil təmizləmək kimi yox, ciddi biznes kimi yanaşırlar. Hazırda İngiltərə, İtaliya, Norveç və İrlandiyadan gələn tullantıları da təkrar istehsala qaytarırlar. Helsingborgda (əhalisi-132,989) tullantıların emalı ilə məşğul olan zavodlardan biri elə həmin şəhərin 40% enerjisini istehsal edir. İsveçdə 32 belə zavod fəaliyyət göstərir. 3 ton zibil bir ton neftdən alınacaq qədər enerji verə bilər. Tullantıların təkrar istehsala qaytarılması hesabına hər il ölkə 670 000 ton benzin/neftə qənaət edir. Vətəndaşlar da bu işdə könüllü olaraq iştirak edirlər, yenidən istifadəyə məqbul hər şey geri qaytarılır. 
Bu proqram anladığımıza görə ətraf mühiti çirklənmədən qoruyur, para qazandırır (xərc-gəlir təhlilindən xəbərsizəm), enerjiyə qənaət edir. Bu inqilab isə 90-ci illərdə hökümətin belə zavodlara yatırım etməsiylə baş tutub.
Dövlətimiz zatən kifayət qədər paralar xərcləyir. Xərc-gəlir təhlilindən xəbərsizəm, amma yaxşı olardı ki, bizdə də belə stimullaşdırıcı proqramlar hazırlansın. Tullantıları yenidən istehsala qaytaranlar üçün vergi güzəştləri tətbiq edilə bilər məsələn. Belə zavodların (eco-friendly) tikintisi subsidiyalaşdırıla bilər dövlət tərəfindən.

Bizdə nəzərə çarpan bir məsələ də vətəndaşlarımızın hər şeyi bolluca tükətməsidir. Elə götürək su istifadəsini. Məsələn, restoran kafe iş yerlərində əl-üz yuyulan zaman, duş kabinalarında suyun dəqiqələrcə açıq saxlanılmasını görə bilərik, öz həyatımızdan eləcə də dost-tanışlarımızdan bilirik. 
Sadə məsələlərdən başlamaq olar- Əllər yuyulduqdan sonra əllərdə qalan suyu 3-4 dəfə silkələsək əlləri qurulamaq üçün bir neçə yox, yalnız bir salfet istifadə etmiş olarıq.
Cəmiyyətdə belə fikirlərin təbliğinə yer ayırmalıyıq. Çünki inkişaf demək ev, maşın, para, yeni binalar və.s deyil.

No comments: