Joseph Soloveitchik 1965-də "Yalnız İnanc Adamı" adlı bir kitab yazdı. İnsan təbiətinin iki yönü olduğunu söylədi, bunlara Adəm 1 və Adəm 2 adlarını vermişdi.
Adəm 1: insan təbiətini maddi həyat və hirsli olan və kənardan görünən tərəfini göstərər. Həmişə qurmaq və yaratmaq istər; şirkətlər qurar, yeniliklər yaradır.
Adəm 2: İnsan təbiətinin daha bəsit olan hissəsidir. Sadəcə yaxşı işlər görmək deyil, yaxşı insan olmaq istəyər, daxili dünyasına bağlı bir yaşam sürər, Allaha, yaradılışa və ehtimallara inanar.
Adəm 1 Dünyanı fəth etmək istər. Adəm 2 isə bir ünvan sahibi olub Dünyanın qaydalarına uymaq istər. Adəm 1 əldə etdiyi uğurlardan fəxr hiss duyar, Adəm 2 isə daxili uyum və daxili qüdrətdən həzz alar. Adəm 1 işlərin necə getdiyini soruşar. Adəm 2, "niyə buradayıq" sualına cavab axtarar. Adəm 1-in şüarı "uğur"-dur. Adəm 2-nin şüarı isə "sevgi və qazandığının qarşılığını vermək"-dir.
Soloveitchik insan təbiətinin bu iki yönünün bir-biriylə savaş içərisində olduğunu iddia edir. Uğur (xarici dünya) ilə daxili dəyərlər bir çox insanda daima müharibə edir.
Burada önəmli olan incə nöqtə isə təbiətin bu fərqli iki yönünün fərqli məntiqlərlə işləməsidir. Xarici məntiq və uğur anlayışı iqtisadidir: resurs qazanc gətirir; risk mükafat gətirir. İnsan təbiətimizin daxili yönü isə mənəvi məntiqə sahibdir və bu əslində tərs məntiqdir. Almaq və qazanmaq üçün əl tutmaq, kömək etmək lazımdır. Daxili bir güc qazana bilmək üçün xarici və maddi bir çox amildən imtina etmək gərəkdir. İstədiyinizi əldə etmək hirsinizi məğlub etməyiniz şərtdir. "Özünü reallaşdırmaq" üçün, məninizi unutmaq məcburiyyətindəsiniz. Özünüzü tapmaq üçün məninizi itirməlisiniz.
Bizlər Adəm 1-in sevildiyi və Adəm 2-nin yola verildiyi bir toplumda yaşayırıq.
Problem budur: Bu vəziyyət bizləri həyatı bir oyun olaraq görən hiyləgər bir heyvana çevirir və soyuq, mənfəətçi məxluqlar halına gəlirik. Olmasını arzu etdiyimiz "mən" ilə gerçəkdə olduğumuz insan arasında bir fərq olduğunu anladığımız nöqtədə ortaq bir yol/balans tapmağa çalışırıq. Arzu etdiyiniz bir dəyərə layiq olmaq yerinə bir başqasının bizə bunu bəxş etməsini istəyirik. İnanc dərinliyinə sahib deyilik. Emosional bir zənginliyiniz yoxdur. Yerinə yetirilməsi bir ömürdən çox sürəcək məqsədlərə bağlılığımız, fədakarlığımız yoxdur.
Bu sual həmişə düşündürüb: Sağlam və əksiksiz bir Adəm 2, dərin bir xarakter necə yaradıla bilər? Tarix boyunca insanlar öz keçmişlərinə geri dönüb baxıblar. Bəzən
uşaqlıqlarına qayıdırlar. Fərqinə varırlar ki, utanc hissi keçirdikləri vaxtlar olub, bir günah, kobud bir hərəkət, nifrət, insanları razı salmağa çalışmaq, cəsarət əksikliyi kimi.
Adəm 1, güclü tərəflərinizi inkişaf etdirilərək yaradıla bilər.
Adəm 2 isə zəif yönlərinizlə savaşaraq inşa edilər. İçinizə doğru bir səyahət edərək həyatınız boyu etdiyiniz səhvin nə olduğunu tapa bilərsiniz. Bu artıq bir imza halına gəlmişdir və digər səhvləri doğuran davamlı etdiyiniz səhvlərdir. Siz bu səhvinizlə mübarizə apararsınız. Bu mübarizənin və cəfanın sonunda xarakter dərinliyi inşa edə bilərsiniz. Bizlərə sadəcə içimizdəki günahları tanımaq öyrədilir. Bu səbəblə mədəniyyətimiz bu günahlarla savaşmaq, onlarla üzləşib mübarizə aparmağı bizə öyrətmir. Bizlər Adəm 1 zehninə sahib bir toplumda yaşayırıq.
Son olaraq, Adəm 1 və Adəm 2 həyatı yaşadığını deyən Reinhold Niebuhr bu üzləşməni belə şərh edir: Yaradılmağa dəyər heç bir şey bizim ömür illərimizə sığmaz, bu səbəblə - bizləri qurtaracaq olan ümiddir. Doğru, gözəl ya da yaxşı olan heç bir şey keçmişin hər hansı tarixi məzmununda məna daşımaz, bu səbəblə - bizləri qurtaracaq tək şey inancdır. Nə qədər ərdəmli olursa olsun, təkbaşına etdiyimiz heç bir şey qazanılmış deyildir, bu səbəblə bizi qurtaracaq olan - sevgidir. Ərdəmli heç bir hərəkət, dostumuzun və ya düşmənimizin baxış bucağına görə öz baxış bucağımızda gördüyümüz qədər ərdəmli deyildir. Bu səbəblə bizi qurtaracaq olan sevginin ən son forması olan əfv, halallıq və bağışlamaqdır.
No comments:
Post a Comment