Thursday, May 22, 2014

Rəqəmlər

2009-cu ilin 6 may tarixində Çempionlar Liqinin final görüşü zamanı Barcelona’nın Chelsea üzərində qələbəsindən 9 ay sonra Katoloniyada doğumun artım faizi - 45 

38 yaşlı çinlinin özünü ticarət mərkəzinin yuxarı mərtəbəsindən yerə atmasından qabaq həyat yoldaşı ilə alış-verişdə keçirdiyi vaxt – 5 saat

Səudiyyə Ərəbistanın Həcc ziyarətindən qazandığı məbləğ – $16 500 000 000

Ağcaqanadın qan içməyə başlamasında keçən zaman – 46 000 000 il
Fillər, itlər, inəklər, keçilər və siçanların yaş və ölçüdən asılı olmadan sidik ifrazına ayırdıqları vaxt – 21 saniyə

Yer kürəsi ətrafında fırlanan süni mənşəli obyektlərin sayı – 100 000 000

Flora və faunanın itmə sürəti – saatda 3 növ

Rusiyanın zibilxanalarının ərazisi– 4.150.000 hektar (Hollandiya ərazisi)

2012-ci ildə atılan elektron tullantının çəkisi – 49 000 000 ton

NASA’nın Kepler missiyasının kəşf etdiyi yeni planetlərin sayı – 715

Mənbə: Esquire



No comments: