Thursday, May 22, 2014

Dünyanın sığortası.

Norveç dağlarındakı bu gizli anbarda dünyanın bir çox tərəfindən gətirilən 825 min nadir toxum nümunələri saxlanılır. İqlim dəyişikliyi riskinə qarşı belə bir ərzaq təhlükəsizliyi proqramı işlənilib. Ərzaq təhlükəsizliyində önəmli məsələlərdən biri məhsul müxtəlifliyidir. Ola biləcək böyük miqyaslı fəlakətlərdən sonra əksər bitkilərin kökü kəsiləcək. Beləcə insanoğlunun yenə əkib becərməsi üçün şans saxlayıblar və minlərcə toxum növünün anbarını tikiblər. Anbar 10 min il müddətində faydalı ola biləcək şəkildə inşa edilmişdir.

No comments: