Qələbə günündə (9 May) bir gənc anası ilə Moskvada adamla dolu qatarda yol gedirmiş. Qarşı tərəfdə kəndli libasında bir adam oturubmuş, vodka içib ağlayırmış. Bəlli imiş ki müharibə görüb. Bir hekayə danışır həmin adam.
Müharibə vaxtı onun və bacısının bütün yaxınları həlak olur, kəndlərini dağıdırlar. Aclıqdan əziyyət çəkən uşaqlar başqa bir kəndə gedirlər, qapı-qapı dolaşıb yemək istəyirlər. Sonra bacı xəstələnir, qardaş təkbaşına dilənməyə başlayır. Ona artıq qida vermirlər. Ümidsiz və hər şeyin pis olduğu bir vaxtda möcüzə baş verir. Evlərin birindən ona donuz əti parçası verirlər. Bir xeyli gün ərzində oğlan və bacısı ilk dəfə yemək yeyirlər. Beləcə bir -iki gün dözürlər, sonra onları qohumları tapır və şəhərə gətirir.
Bir Qələbə bayramı günü həmin möcüzənin baş verdiyi və həyatda qaldıqları kəndə gedib onlara kömək etmiş insanları tapmaq istəyir. Amma adlarını bilmir. Qatardan düşür və kəndin ortasındakı bayram şənliyinə qatılır. Vodka içən bir qoca kişi ilə yanbayan oturur. Qoca kişi çox fikirli masaya baxır və deyir- Mən bu bayramı sevmirəm! Mənim üçün müharibəni yada salmaq çox ağrılıdır, böyük günahlar etmişəm, deyir və öz hekayəsini danışır.
Müharibə vaxtı mənim oğlum xəstələnmişdir. Həkim demişdi ki, mütləq ət yemək lazımdır ona. Hər şeyimi satdım və donuz aldım. Donuzu kəsdim, bədbəxtlikdən xəstə çıxdı. Nə etməliydim? Kəndimizdə gəzən ac yetimlər varıydı. Düşündüm ki, ətdən bir parça yetimlərə verim, əgər 1-2 gün ərzində ölməzlərsə əti oğluma verərəm. Sonra həmin oğlanı görmədim, deyəsən ölmüşdü. Mən də əti zibilə atdım. Oğlum da öldü. Mən həmin uşaqları öldürdüyümə görə vicdan əzabı çəkirəm.
P.S həmin ət yeyən uşaqları qohumları gəlib şəhərə aparmışdı.
No comments:
Post a Comment