Thursday, May 22, 2014

Biz və Onlar

Qırmızı marallar "Dəmir Pərdə"-ni hələ də xatırlayırlar. Soyuq Müharibə zamanı Şərqi və Qərbi Avropa arasında tikanlı məftillər və elektrik divarlar tikilmişdi. Marallar ordusu iki yerə ayrılmışdı. 
İndi həmin məftillər və divarlar yoxdur, amma marallar sanki öz babalarının sərhədlərini bilirlər. Maraqlıdır ki, hər iki tərəfdə yaşayan marallar həmin sərhədləri pozub digər tərəfə keçmirlər. 
Wall Street jurnalında bir Alman bioloq deyir ki, əvvələr marallar Çexiya tərəfə ona görə keçmirdilər ki divar varıydı. İndi divar yoxdur, amma onlar sərhəddə dayanırlar. Sanki həmin divarlar onların beynindədir. 
Statistika göstərir ki, həmin sərhədləri yalnız çox cavan və keçmişdən xəbərsiz marallar pozurlar. 
Ciddi müzakirə mövzusu ola bilər..

No comments: