Saturday, August 31, 2013

Mətbəx debatları (Kitchen Debates) və dilin gücü.

Mətbəx debatları (Kitchen Debates) və dilin gücü.

Yəqin ki Mətbəx Debatları (Kitchen Debates) barədə eşidibsiniz. 1959'da Moskvada Amerika Milli Sərgisi keçirilir. ABŞ vitse prezidenti Riçard Nikson və SSRİ'dən Nikita Xruşovun iştirakı ilə. Sərgidə Amerikada istənilən insanların əldə edə biləcəyi əşyalar göstərilir. Az əmək tutumlu, yaradıcı maşınlar, o cümlədən istehlakçılar üçün olan məhsullar nümayiş etdirilir. Görüş ABŞ'da icad olunan yeni rəngli videokameraya yazılır, Nikson da bunu söhbətində qeyd edir. 
Adamlar çox mübahisə edirlər, Xruşov deyir ki biz lüks məhsullar yox insanların ehtiyacı olanları istehsal etməkdə həvəsliyik. Hətda bu uğurları bir az da qısqanaraq satirik olaraq soruşur ki, sizdə elə bir maşın varmı ki yeməyi hazırlayır və adamın ağzına qoyur. Nikson cavab verir ki rəqabətin hərbi sahədə yox, texnoloji sahədə olmasının tərəfdarıdır. Xruşov çox qətiyyətlə deyir ki ABŞ 150 ilin dövlətidir biz cəmi 42 ilin dövlətiyik, yaxın zamanda nəinki Amerikaya çatacağıq, hətda sizə "bye-bye"deyib ardımızdan gəlmənizə baxacağıq. 
Debat zamanı çox maraqlı bir an yaşanır Nikson Xruşova bu sözləri deyir.
Nikson: Siz yeni ideyalardan qorxmamalısınız (You must not be afraid of ideas)
Xruşov: Biz heç nədən qorxmuruq, məncə yeni ideyalardan qorxmamalı olan varsa o da sizsiniz. 
Nixon: Ok, gəlin onda çoxlu mübadilə edək, ideyaların və texnologiyasnın. Razılaşdıq deyilmi? (We all agree on that, right, ok? )
Xruşov: Ok, yaxşı ( OK, Good) Xruşov bir azdan qəfildən tərcüməçiyə tərəf dönüb həyəcanla soruşur, mən nəyə razılaşıb OK dedim? 
Bir çox psixoloqlar bunu dilin gücü və OK sözünün sehirli gücünə bağlayırlar.


No comments: