Adele Hugo. Fransız yazarı Victor Hugo’nun qızı. 1851-də Hugo ailəsi repressiya olunaraq Jersey adasına göndərilir. Bir neçə il sonra gənc Adele burada Albert Pinson adlı ingilis hərbçisini görür və ona dəlicəsinə aşiq olur. 1855-də Albert ona evlənmək təklifi edir, lakin Adele bu təklifi qəbul etmir. Bir ildən sonra isə Adele səhv etdiyini anlayır və Albert’ə ərə getməyə hazır olduğunu deyir. Bu dəfə isə artıq Albert onunla evlənmək istəmir. Adele Albert’i getdiyi hər yerdə təqib edir, hətda 1869-da onun dalınca Karib dənizindəki Barbados adasına qədər gedir. Evlilik sona qədər alınmır. Nəticədə Adele ciddi psixoloji sarsıntılar yaşayır və həyatına Paris yaxınlığındakı ruhi xəstələr evində son verir.
No comments:
Post a Comment