Nyu-York Mərkəzi
Parkı niyə hələ də qorunub saxlanıla bilib?
Nyu Yorkda təhsil alarkən bir çoxları kimi mənim də ən
sevdiyim yerlərdən biri şəhərin Mərkəzi Parkı (NY Central Park) idi. Bu ərazi
şəhərin ağ ciyərləri hesab olunur. Park 1858’ci ildə salınıb. Hazırda illik
büdcəsi $37.5 milyondur. Qoşqulu atlarla gəzənlər, velosiped sürənlər, şahmat
oynayanlar, qaçan adamlar, şərab evləri, konsert salonları, heykəllər, tennis
meydançaları və.s kimi yaraşıqlı yerləri və digər zəngin fəaliyyət növlərini
görmək mümkündür burada.
Amma hər zaman bu yerlə bağlı bir sual məni düşündürüb: Necə
ola bilər ki Nyu-Yorkun tam mərkəzində, bu qədər bahalı və böyük ərazi qorunub
saxlanılıb? 9 milyona yaxın adamın yaşadığı, bir kvadrat metr ərazinin qiyməti
bir neçə min dollar olan yerdə, 340 hektarlıq ərazi park olsun? Bizdə belə bir
şey mümkün deyil axı...
150 il öncə şəhərin gələcəyini görən adamlar olub. Park suni
olaraq salınıb, yəni boş əraziyə torpaq və qaya daşınıb, ağaclar və güllər
əkilib. Bu parkı digərlərindən fərqli edən isə onun ərazisinin yaranandan bəri
kiçilməməsidir, əksinə illər keçsə də böyüyür.
Əvvəldə verilən sualın cavabı isə çox sadədir. Seçkilər və
seçicinin istəyi!
Nyu-York yerli bələdiyyə seçkilərində keçən əsrin
əvvəllərindən bəri parkın taleyi ən önəmli müzakirə məsələlərdən biridir. Yenə
seçim və seçicinin istəyi!
No comments:
Post a Comment