Kürəsəl bir addım
Bir az strategiya və
gələcək illərin dünya iqtisadiyyatı barədə. Bu gün Ipad, Iphone kimi texnoloji
və digər gündəlik istifadə məhsulları Çində istehsal olunur. Buna göra,
Asiyanın bu böyük istehsal mərkəzini dəmir şəbəkəylə Avropanın istehlak mərkəzlərinə
bağlamaq günümüzün ən təməl məsələlərindən biri kimi görünür. Ruslar dəmir yolu
ilə Çini Avropaya bağlayırlar. İndiyə kimi Çinin böyüməsində əsas pay sahibi dəniz
sahilləri idi, ölkənin şərq tərəfi. Son illər isə işçi qüvvəsi və rəqabət
artdığından, artıq şərq sahilləri xarici investorlar üçün əvvəlki kimi ucuz
görünmürdü. RJD'nin yeni dəmir yolu layihəsi Çinin inkişafdan geri qalan qərb
bölgələrinə ciddi canlanma gətirəcək. Bu həm də dəniz sahilindəki
istehsalçıların ölkənin qərbinə doğru meyllənməsinə səbəb olacaq, ucuz işçi və
nəqliyyat varsa, niyə də yox? Qazaxıstan və Rusiya üzərindən Avropaya mal göndərmək
dəniz yolundan daha ucuz başa gələcək. Ruslar da çox qazanacaqlar, daha bir kürəsəl
addım oldu bu.
No comments:
Post a Comment