1784'cü ildə Britaniya Çindən gələn çaya idxal rüsumunu ləğv etdi. Bununla da Çindən çay idxalı fantastik dərəcədə artaraq 6 milyondan 20 milyon funta çıxdı. Çinli tacirlər həmin dövrdə çayı qızıl və gümüş külçələrə satırdılar. Çin bazarında isə Britaniya məhsullarından yalnız saatlara və musiqi qutularına tələb varıydı. Buna görə də Çinə az mal satam Britaniyada ticarət kəsiri yaranırdı. 1793'də İmperator Qianlong Britaniyalarılara demişdi ki, sizin ustaların düzəltdiyi bu əcayib əşyalar bazarımızda doludur və mənim üçün heç bir dəyər ifadə etməyən bu məhsulları artıq istəmirəm.
Britaniyanın ticari kəsiri isə hər il daha da pisləşirdi, 1761-1800'cü illərdə 34 milyon funtluq məhsul idxal edilmişdi ki bunun da 90%'i çay idi. Britaniyalalır isə təxminən 3 dəfə az, 12 milyon funtluq məhsul sata bilmişdilər. Çıxış yolu kimi Britaniyalılar Hindistanda emal etdikləri pambığı Çində satmağa başladılar. Amma çox keçmədi ki Çin öz pamqıq istehsal edən zavodlarını qurmağa başladı.
18'ci əsrin sonunda Britaniya Napaloen ilə müharibə edirdi, çaya tələb böyük idi amma qiymətli külçələr çatışmırdı. Nəhayət ki Britaniyalılar alternativ həll üsulu tapdılar-İlərə TİRYƏK satacaqdılar. Tiryək biznesi o qədər yaxşı işlədi ki 19'cu əsrin əvvəlində ticarət kəsiri nəinki yoxa çıxdı, qızıl külçələr əksinə, Çindən Britaniyaya axmağa başladı.
No comments:
Post a Comment