Abu al Hasan Ali ibn Nafi (789-857). Dərisinin rənginə və musiqi istedadına görə Ziryab (oxuyan qara quş) ləqəbi almışdı. Bağdadda təhsil alıb, Kordoba əmirliyi (İspaniyanın cənubu) ərazisində yaşayıb. Lyüt (ərəbcə: lût, ingiliscə: lute, türkcə: lavta) alətinə iki sim əlavə edib və qartal dimdiyini mizrab kimi istifadə edib. Qış və yay geyimlərinə fərqlilik gətirib. Onun tünd rəngli qış paltarları pambıq və yun kimi isti materiallardan hazırlanardı. Yay paltarları isə daha açıq rəngdə olardı, yüngül pampıq və ipəkdən hazırlanardı. Ona qədər geyim mövsümə görə fərqli olmazdı - soyuq olduqda insanlar üst-üstə bir neçə paltar yeyinərmişlər. Üç yemək (sulu, əsas yemək və desert) təcrübəsini ilk tədbiq edib. Stolun üstünə süfrə salıb. İlk olaraq metal badələri xrustal olanlarla əvəz edib. Diş məcunu və yeni növ deodorant icad edib. İnsanların həyatına şəxsi qiqiyena anlamını gətirib. Boğaz, qulaq və qaşları açıq saxlayan qısa saç düzümünü o dövrün trendinə çevirib.
No comments:
Post a Comment