Monday, July 8, 2013

And içmiş bakirələr-Transformers

Balkanlarda, xüsusilə də Albaniya, həmçinin Kosovo, Makedoniya, Serbiya, Bosniya ərazilərində “and içmiş bakirələr” deyə bir anlayış var. Bu qadınlar könüllü şəkildə kəbin və cinsi münasibətlərdən imtina edərək ailədə kişi rolunu oynayırlar. Kəndin ağsaqqalları qarşısında söz verdikdən sonra faktiki olaraq kişiyə çevrilirlər. Kişi paltarı geyinərlər və kişilər kimi yüksək hüquqa malik olarlar. Bu çevrilmə iki səbəbə görə baş verirdi. Birinci səbəb qızın istəmədiyi adama ərə verilməsi idi. Əvvəllər bu ərazilərdə qız tərəfindən kəbinə imtina edilməsi oğlan evi üçün şiddətli biabırçılıq sayılardı və ölüm səviyyəsində qisasla nəticələnərdi. Bu səbəbdən də özünü və ətrafındakı insanları qorumaq üçün qız ömürlük kişi cildinə girərdi. İkinci səbəb də ailə başçısının yoxluğu və ya ailədə oğlan uşağının olmaması və həmçinin ailənin icmada hüquqlarının qorunması üçün qızlardan biri kişiyə çevrilməyə məcbur olurdu.


No comments: