Sunday, June 7, 2009

Gənclər üçün TED nə təklif edir?

TED-liderlərin, məşhurların,müxtəlif profilli ən  sadə insanların bölüşülməyə dəyən dəyərlərini paylaşdıqları qlobal bir arenadır.  Fərqi yoxdur kimsən  və nə iş görürsən,  TED üçün əsas olan ‘bölüşmək istədiyin bir dəyərin varmı?’ və insanlara özün barədə danışa bilərsənmi?’  kimi suallara  öz fikrini paylaşmaqla cavab verməkdir.  Fikrimcə, TED bir məşğuliyyət deyil, o bir həyat tərzi və stilidir.   




Gənclink - TEDxBakı silsiləsindən sayca üçüncü tədbirimizdir. Məqsədimiz gənc olmasına baxmayaraq təcrübəli, bacarıqlı, savadlı və əlbətdə  ki, mümkün qədər geniş kütlə ilə bölüşə biləcək ideya sahibləri – gənc bəndləri üzə çıxarmaq və gənclərimizin bu gün verə biləcəyi mesajları müəyyən etməkdir. TEDxBakı fərdlərin meydanı olduğu üçün, spikerlərimizin hamısı çağdaş gəncliyimizin ümumi formalaşmış təzahürünü və ya cəmiyyətin hazırkı sosial-iqtisadi-siyasi durumunu əks etdirməyə bilər. TEDxBakı formatı üçün önəmli olan fikirlərin mükəmməlliyi, çıxışların məsuliyyət, intellektual potensial və özünüifadə bacarığına söykənməsidir. TEDxBakı ilə TED konfransı arasında hər hansı hüquqi asılılıq yoxdur. Tədbir kommersiya məqsədi daşımır.

TED gənclər üçün nə vəd edir? Artan internet istifadəsi və internet televiziyasının genişlənən imkanları gəncləri daha çox sosial məsələrə münasibət bildirməyə və müxtəlif proseslərdə iştiraka həvəsləndirir.  TED böyük internet televiziyası rolunu öz üzərinə götürməklə, gənclər üçün müxtəlif mövzularda fərqli fikirləri təklif edir, onlara çox geniş müzakirə mühiti yaradır. Nəticədə geniş miqyaslı fikir və düşüncələrdən bəhrələnməklə yeni nəsil özünü daha yaradıcı və innovativ şəkildə yetişdirmək imkanı əldə edir.

‘Niyə gənclər TED izləməlidirlər  sualına qəti bir cavabım var. Fərqli fikirlər həmişə qlobal bilik bazarında rəqabəti tətikləməklə onun  inkişafına səbəb olub. Təbii ki TED-in gənclərə təqdim edə biləcəyi ən böyük töhfə onları bu prosesə daha sürətli bağlaya bilməsi və artan rəqabət mühitində fərqli və innovativ insanların ortaya çıxarmasıdır. Qarşılıqlı olan bu dəyər paylaşılması prosesində isə udan bütün Dünyamızdır.

TED bir həyat tərzidir

Kənan Kərimzadə
www.tedxbaki.com

No comments: