Monday, February 24, 2014

İlk çap maşınının bilinməyən hekayəsi.

İlk çap maşınının bilinməyən hekayəsi. Günahların buraxılması Roma kilsəsinin əsas gəlir mənbəyi idi. Kilsə bütün Avropaya şəhadətnamələr (indulgence) ixrac edərdi. Bu şəhadətnamələr vasitəsilə para qarşılığında istənilən keçmiş və gələcək günahdan azad olmaq olardı. Hətda bu kağız parçasını ölmüş qohum və ya tanış üçün də ola bilərdi. Minlərlə rahib şəhadətnamə yazmaqda idi. Amma buna baxmayaraq şahədətnamə çatışmazlığı vardı. Problemi Almaniyanın Mainz şəhərindən olan Gutenberg həll elədi. Onun ixtira etdiyi dəzgah da məhz bu şəhadətnamələrin çapı üçün nəzərdə tutulurdu. Kitablar isə daha sonra çap olundu.


No comments: