Zugzwang (oxunuşu- tsug tsvang) barədə şahmat-sevərlər yaxşı bilir. Mənası odur ki, oyun taxtasında mütləq hər-hansı gedişi etməlisən. Amma edəcəyin istənilən gediş ziyanına işləyir-çox itirirsən. Gediş etməkdən isə imtina edə bilməzsən. Bu Tsugtsvang heç yaxşı hal deyil, heç kimə də arzulamayın.

İngiliscə "Repurposed" deyə bir söz var, 'başqa məqsədlə istifadə' mənasına gəlir. Bu başqa məqsədli telefon köşkü isə əməlli kreativdir.
Velosipedlə keçənlər üçün zibil qabı. Yavaşlamağa və dayanmağa ehtiyac yoxdur. (bike trash can) Netherlands
Bu divara bərkidilən vertikal şahmat lövhəsidir, həm də çox gözəl incəsənət əsəri kimi görünür. Öz gedişini edirsən, "last move" deyə işarəliyirsən. Ofislər üçün əla dekorativdir. Qiyməti də ki cəmi $220.
No comments:
Post a Comment