Popcorn (partlamış qarğıdalı) Amerikada 1930-ların Böyük Böhranı zamanı məşhurlaşdı. Bir qutu qarğıdalı çox ucuz, 5-10 sentə satılırdı. Digər bizneslər iflas etdiyi vaxtlarda popcorn sənayesi çiçəkləndi. Kəndli fermerlər qarğıdalıdan pul qazanmağa başladılar. İkinci Dünya Müharibəsi zamanı isə popcorn daha da məşhurlaşdı. Konfet və şirni istehsalı azaldı. Əvəzində amerikanlar əvvəlkindən 3 dəfə çox popcorn yeməyə başladırlar.
Bizim mətbəxdəki həddən çox çörək istifadəsi ənənəsi də müharibə və qıtlıq illərinə təsadüf edir. Ucuz başa gəlirdi çörək. Meyvə-tərəvəz ə.s qidalar quraqlıq olan illərdə az olurdu. Yeməyə qənaət üçün xeyli çörək tükədilirdi. Beləcə çörək istifadəsi geniş yayılıb bizdə və regionda.
Bundan əlavə - bizim yeməkləri çörəksiz yemək çətindir, yağlı və ədvalı olduqlarına görə.
İçəcək sektorunda isə müasir kasıbmalılar var: Cola, Düşeslər, ice tea-lər və.s
No comments:
Post a Comment