Azərbaycan bayrağı altında çıxış edən yerli
olmayan idmançılardan ölkəyə ciddi bağlılıq görürük. Sanki illərdir milli
komandanın heyətində çıxış edirlər. Ukraynalı İrina Zaretska və Oleg Stepko
yaxşı nümunələrdir bu mövzuya. Xüsusilə İrina himnimizi çox ürəkdən oxudu.
Əlbəttə onu da qeyd edim ki, yerli idmançıların milli komandada iştirakına
xeyli şəxs birmənalı yanaşmır və onlara çoxlu pullar xərcləndiyi arqumenti
həmişə var. Amma biri var yaxşı pul alıb ölkəyə nümunə olanlar, biri də var
olmayanlar.
Belə keyslər maraqlıdır. Təklif edirəm ki, bu
keysi müğənni Manananın şərəfinə Manana keysi adlandıraq, məhz onun şərəfinə.
Çünki o, bir əcnəbinin dilə və ölkəyə göstərdiyi hörmətin nümunəsidir.
No comments:
Post a Comment