Monday, June 22, 2015

Azərbaycan şagirdi Xarici dili Ana dilindən yaxşı bilirmi?

Azərbaycan şagirdi Xarici dili Ana dilindən yaxşı bilirmi?

TQDK-nın açıqladığı buraxılış imtahanları nəticələrində maraqlı bir məsələ var. Ana dilindən daha çox adam  2 alır, nəinki Xarici dildən. Bir az qəribə amma gülməli sual yaranır.
Azərbaycan şagirdi xarici dil fənnini ana dili fənnindən daha yaxşımı bilir?

Nəzəri olaraq mümkündür ki Azərbaycan şagirdi xarici dili ana dilindən yaxşı bilsin, məntiqi olaraq isə yox. Xarici dil sualları yəqin ki, daha asan tərtib edilir. Bu isə bir başqa əsas suala səbəb yaradır.

İmtahan suallarının çətinliyini kim müəyyən edir?  


No comments: