Tuesday, September 23, 2014

Toplum və təhsil


Toplum təhsilə önəm verməlidir.

2 il öncə Nyu-York BMT ofisində üzv olduğum araşdırma komandalardan biri təhsil sistemlərini araşdırırdı, Finlandiya və Koreyadan çoxlu qonaqlar gəlirdi.
Maraqlıdır ki, 50 il öncə həm Koreyada həm Finlandiyada bərbad təhsil sistemi varıydı. Finlandiya Avropanın yetim iqtisadiyyatıydı, Koreyada isə vətəndaş müharibəsi idi. Bu gün hər iki ölkə dünyanın ən yaxşı təhsil sisteminə malik olduqlarına görə rahat öyünə bilirlər. Bu fərqli iki sistemdən nə öyrənmək olar?
Koreya modeli- çox çalışmaq.
Min illər öncə karyera nərdivanında yuxarı getmək üçün asiyalılar imtahan verməli idilər. Bu ənənə hələ də saxlanılır, imtahan sisteminə böyük hörmət var.
Koreyada əhalinin 100 faizi oxuma yazma bilir. Beynəlxalq qiymətləndirmələrə ( PİSA) görə ən öndədirlər, riyaziyyat, oxuma və təhlil üzrə. Cəmiyyət talantdan daha çox çalışmağın gücünə inanır. İlboyu şagirdlər müəllim və repetitorlarla 12 saata qədər çalışırlar. Toplumun gənclər üzərində böyük təzyiqi var.
Finlandiya modeli -seçim və daxili motivasiyaya önəm verir.
Koreya modelinin əksinə Finlandiyada dərs günləri azdır, çoxlu əlavə dərslər var. İnanılır ki, öyrənmə prosesi ən yaxşı məktəb və evdən kənarda baş tutur. Amma təhsil bu toplumun inancıdır. Şəxsiyyət məktəbdə yetişir. Tələbələr çoxlu əlavə, öz istək və motivasiyalarına uyğun dərslər götürürlər.Finlandlar öz dillərini çox yaxşı bilirlər, əlavə olaraq da bir neçə dil.
Bu iki modelin isə oxşar bir önəmli xüsusiyyəti var. Müəllimlərə, təlim-təhsil proqramlarına yüksək hörmət var. Hətta böhran zamanlarında bütün xərclər azalsa da, bu ölkələrdə təlim-təhsil xərcləri artırılıb.
Bu uğur modelləri nəzərəçarpan qədər fərqli olsa da bizə bir gerçəyi öyrədir. Təhsilə və təlimə hər şeydən daha çox önəm verən toplum olmaq lazımdır.

No comments: