Saturday, June 29, 2013

İsti

Deyirlər Moskva metrosunda camaata pulsuz su paylamağa başlayıblar. Rusiya adətən daha soyuq temperaturu ilə fərqlənir. 2010-da yayın əvvəlində isti 40 dərəcəni vurmuşdu. Nəticədə meşə yanğınları və son 40 ildə güclü quraqlıq yaşandı. Rəsmi məlumata görə son 1000 ildə ölkə ərazisində belə isti olmamışdı. Yüzlərlə adam isti vurmasından ölmüşdü, əksəriyyəti də sərxoş halda çimərkən boğulmuşlar. 2006-cı ildə ABŞ-da South Dakota ştatında temperatur 54 dərəcəyə çatmışdı. Keçən ilin Ramazanında Bağdadda millət 51 dərəcə istidə oruc tuturdu. Son dövrlərin ən fəlakətli istisi isə 2003-cü ildə Avropada olub və 70 min adamın ölümü ilə nəticələnib.



No comments: