Afrikaya dair. Kolonial dövrlərdən əvvəl Uqandada Qeysər kəsiyi əməliyyatı edərmişlər. Viktoriya gölünün qərbindəki (Tanzaniya) Haya camaatı 2.000 il əvvəl xüsusi sobalarda polad istehsal edirdilər. Avropalılar bu prosesə 19-cu əsrdə başlamışlar. Mali imperiyasının camaatı 14-cü əsrdə Amerika ilə münasibətləri olub. Bu zamanlar paytaxt Timbuktu şəhərində 100 min adam yaşayıb. Yerli universitetdə 25 min tələbə təhsil alırdı. 20 min uşağa 150 məktəbdə Quran tədris olunurdu. Kenya ərazisindəki Namoratunga rəsədxanasından eradan əvvəl 3-cü əsrdə yeddi ulduzun müşahidəsini aparıblar. Sudan ərazisində 9-cu əsrə aid içində su borularına qoşulmuş vannalar olan evlər tapılıb. 951-ci ildə Qanaya səyahət etmiş coğrafiyaşünas İbn Haukal bir şəhərdə 42 min qızıl dinarlıq bir çekin digər şəhərdə ödənildiyi haqda yazıb.
No comments:
Post a Comment