Wednesday, April 17, 2013

Freakonomics kitabı

Qarşılaşacağınız əksər adamlardan “Freakonomics-i oxumusanmı?” sualını eşitsəniz qətiyyən təəccüblənməyin. Əgər iqtisadiyyatla bağlı bir kitab  qısa müddətdə 5 milyon  nüsxədən çox satırsa, 30 dan çox dilə çevrilirsə, demək ki bu möhtəşəmliyi  oxumağa dəyər. Xüsusən iqtisadiyyat tələbələri üçün bolluca müzakirə və intellektual mübahisə mövzuları var.  Freakonomics 2005-ci ildə çapdan çıxan, qısa bir zamanda məşhur olan, lətifələri və hekayələri dillərdə dolanan bir kitabdır. Çikaqo Universitetinin gənc  professoru Steven Levitt  və New York Times jurnalisti Stephen Dubner tərəfindən yazılıb. Müəllif rəqəmləri maraqlı və yeni üsuldu təqdim etməklə gündəlik həyati məsələlər barədə ənənəvi düşüncə tərzimizi suala çəkir. Hamı yalan deyə bilər, hətta ən ağıllımız belə, amma rəqəmlər heç vaxt yalan söyləməz.
Amerikada 1990-larda cinayətin səviyyəsi gözlənilmədən aşağı düşməyə başladı. Siyasi şərhçilər, jurnalist və iqtisadçılar bu gözlənilməz hadisənin səbəbləri üzərində baş sındırarkən bir neçə ortaq fikir üzərində dayandılar. Bəzilərinə görə cinayətin azalmasına əsas səbəbi iqtisadiyyatın güclənməsi və əhalinin yaşlanmasıdır. Digərləri isə belə hesab edirdilər ki olanlar yeni-innovativ-ağıllı idarəçilik metodlarının tətbiqi hesabına baş tutub. Digər səbəblər kimi isə artan polis sayı, artan həbslər və silah nəzarətinin daha da gücləndirilməsini göstərirdilər.Steven Levitt və digər iqtisadçıların fikrincə yuxarıda sadalananlar cinayətin səviyyəsinin kəskin azalmasının yalnız 40%-i izah edə bilər. Məsələn, hesablamalara görə, iqtisadiyyatın böyüməsi və işsizliyin 1% azalması cinayət dərəcəsini yalnız 1% azaldar. Həbsxanaya atılan cinayətkarlarının sayının 4 dəfə artması yaxşı izah ola bilər, amma bu da bütövlükdə cinayət səviyyəsindəki bu kəskin azalmanın 33%-ni izah edir. Daha çox sayda polis isə cinayət səviyyəsini 10% azaldır. Doğrudur, bu zaman ərzində adamların silah əldə etməsini çətinləşdirən qanunlar da qəbul edilir. Amma Levitt iddia edir ki silah ilə cinayət arasında o qədər də asılılıq yoxdur, məsələn, İsveçrədə evdə silahı olanların sayı çox olsa da cinayət səviyyəsi çox aşağıdır.
Müəllif yazır ki bütün bu səbəblər cinayətin kəskin azalmasını izah edə bilməz. Bəs yaxşı, əsl səbəb nədir o zaman? ABORT!
Araşdırma onu göstərir ki cinayət törədən adamların çoxu istənməyən uşaqlar olub. Anaların istəmədən dünyaya gətirdikləri uşaqların əksəriyyəti cinayət işinə qarışır. Maraqlıdır ki, hansı hallarda ana uşağını istəməz? Təcavüz və zorlanma ilə hamilə qalarsa, çox az gəlirə sahibsə, küçə qadınıdırsa, narkotik bağlılığı varsa və.s səbəblərdən dolayı. İstənmədən dünyaya gələn uşaqların əksəriyyəti küçələrdə böyüyür, valideynsiz, təhsilsiz və imkanlardan məhrum bir şəraitdə. Bu uşaqların əksəriyyəti gələcəkdə bu və ya digər şəkildə cinayət törədir.  Müəllif maraqlı tapıntısı ilə iddia edir ki Amerikada 90-cı illərdə cinayətin kəskin azalmasına əsas səbəb 70-ci illərdə məhz abortun leqallaşdırılmasıdır. Amerikada 1973-cü ilədək abort qadağan imiş. Qadağanın aradan qaldırılması ilə hər il Amerikada 1.6 milyondan çox uşaq abort edilir. Daha bir hesablama göstərir ki bu uşaqlar doğulsaydılar, kasıb və valideynsiz olacaqlardır. Zatən, daha çox cinayətə təkan verən də əsasən bu iki faktordur.
Təbii ki bu iddianı test etmək üçün müəlliflər digər misallar da göstərir. Məsələn, hansı ştatlarda ki abortun leqallaşması digərlərindən gec baş tutub həmin yerlərdə cinayətin səviyyəsi daha gec bir müddətdə azalmağa başlayıb.
Oxumağa həvəs və vaxt yoxdursa, kitabda yazılanlar barədə müəlliflərin iştirakı ilə qısa bir film də çəkilib. Bu da trailer-i. 

2 comments:

aynur said...

Maraqli fikirlerdir tesekkurler paylasdiginiz ucun, burdan bele cixirki Abort yaxsi bir haldir ve usgai istemedinse oldurmelisen, bu ne derecede duzgun yanasma ola biler?

Kanan Karimzada said...

təşəkkürlər Aynur. Xeyr, məsələ mahiyyətdədir. Mən isə özümü Pro-life hesab edirəm.