Peter Leibing'in tanınmış fotoşəkli: Almaniya Demokratik Respublikası (ADR) ordusunun əsgəri Berlinin şərq tərəfindən qərbinə qaçır.
15 avqust 1961-ci il, Berlin divarının tikilntisinin başlanmasının üçüncü günü saat 16-da Bernaurştrasse rayonunda sərhəd qoşunları əsgəri Hans Conrad Schumann gələcək divarın sərhədini müəyyən edən tikanlı məftilləri aşaraq Qərbi Berlin polisinin maşınına özünü çatdırır. Əsgər Conrad'ın bəxti onda gətirmişdi ki, o vaxt ADR ordusuna qaçqınlara atəş açılması barədə əmri verilməmişdi.
Sonralar Conrad'a Qərbi Almaniyada köçməyə icazə verdilər və o Bavariyada yaşayası oldu. Ağır psixoloji xəstəlikdən əzziyyət çəkən Conrad Schumann 1998-ci ildə özünü güllələdi.
Bir dünyadan o biri dünyaya edilən bu qaçış "soyuq müharibə"nin tarixə çevrilmiş simvollarından birinə çevrildi:
© REUTERS/Fabrizio Bensch
İndi Berlində əvvələr Divarın yerləşdiyi Bernauerştrasse küçəsində Florian və Mikael Brauer və Edvard Andersin işi olan "Mauerspringer" (divardan aşan) heykəli durur.
Divar üzərindən qaçışlar
Divar üzərindən qaçmağa cəhd edənlər - təx. 70 min nəfər
Qaçmağa cəhd göstərdiklərinə görə məsuliyyətə cəlb olunmuşlar - təx. 60 min nəfər
Divarı uğurla aşanlar - 5043 nəfər (bunlardan 574 hərbiçi)
Divara yaxın ərazidə tutulanlar - 3221 nəfər
Divarı aşmağa cəhd göstərərkən öldürülənlər - 160-938 nəfər*
Divarı aşmağa cəhd göstərərkən yaralananlar - 120-260 nəfər*
Divarı qoruyan əsgər və polislərin ölüm sayı - 27
Divara kütləvi xətər yetirməyə cəhdlər - 35
* ADR bəzi faktları saxtalaşdırmışdı
5 may 1962-ci ildə Qross-Qlinik rayonunda qazılmış tunellə Qərbə 12 nəfərdən ibarət qrup keçmişdi. 32 m uzunluğunda olan bu tuneli 1-ci dünya müharibəsindən qalmış bıçaq və xəkəndazla 16 günə qazmaq mümkün olub. Tunelin niyə 1 m 75 sm hündürlüyünün olması sualına qaçqınlardan biri belə cavab verib: "Biz azadlığa dik başla çıxmaq istəyirdik"
Ağabala Sağ olsun!
Ağabala Sağ olsun!
No comments:
Post a Comment