Niyə bəzi ölkələr Olimpiadada çox medal alır,digərləri isə az? Bu barədə yəqin düşübsünüzdür. Elə "Olimpiada oyunlarında medalların sayını nə təyin edir?" sualı barədə də iqtisadçılar çox düşünüblər.
Sualın çox ümumiləşdirici cavablarından biri budur- adambaşına düşən gəlir səviyyəsi və əhali faktoru, başqa sözlə ümumi ÜDM (Ümumi Daxili Məhsul). İqtisadiyyat rəqəmləri ilə olimpiada medallarının sayı arasında bir uyğunluq tapa bilərsiniz müəyyən mənada. ÜDM göstəricisinə görə siyahıda ən öndə olan ölkələr, elə məhz Olimpiada zamanı da yaxşı nəticələr göstərirlər. Təbii bu il bəzi istisnalar da var. Məsələn, Türkiyə və Hindistanın medalları çox azdır.
![]() |
Olimpiada medallarının sayı və Ölkələrin iqtisadi potensialı (ÜDM) |
Bu mövzu ilə əlaqəli yazılan elmi araşdırmalardan biri qeyd edir ki, medal sayını müəyyən edən iki əsas faktor var-milli sərvət (ÜDM) və idmanın inkişafı üçün yönəldilən resurslar. Bu məqalənin önə sürdüyü model ölkələr üzrə bir neçə əlavə faktorları nəzərə alır: Ölkənin ÜDM-i, keçən olimpiadalarda qazanılan medalların sayı, idmana yönəldilən dövlət xərcləri, olimpiadaya kim ev sahibliyi edir, ölkənin SSRİ keçmişinin olub-olmaması və ya planlı (və ya kommunist) iqtisadiyyat olması.
Mənə elə gəlir ki, məsələnin təbii səbəblərini (müqayisəli üstünlük və avantaj) də unutmaq olmaz, hərçənd bu bizə ümumiləşdirmə aparmağa imkan vermir. Əvəzində konkret idman növləri üzrə ölkələrin uğurunu izah etməyə kömək edə bilər. Məsələn, keçənlərdə kimyaçı dostumuz Rəşad Kərimov mənə qaçış idman növü üzrə niyə bəzi ölkələrin dominant olması səbəblərini izah edirdi. Tutaq ki, Kenyada yüksək hündürlükdə oksigen qıtlığı ilə qaçmağa öyrəşmiş adam Londonda dəniz səviyyəsində yarışır. Belə halda, oksigen bolluğuna düşən atlet təbii üstünlüyə malikdir, digərlərini tozda qoyar :)
Çox maraqlı mövzudur, FBdə olan dostlarımız ideoloji məsələni də önə çəkiblər şərhlərində. Olimpiadada idmançılarımıza uğurlar, medal alanlara da cani-könüldən təbriklər.
No comments:
Post a Comment