Friday, August 17, 2012

İki inəyiniz var

Məşhur 'You have two cows' zarafatı. 
*** Ölkələr arasında fərqləri göstərən 2005 əlavələri
-Rusiya Kapitalizmi: İki inəyiniz var. Bir az vodka içib sayırsınız, bu dəfə 5 olur say. Siz yenidən sayırsınız və görürsünüz ki 42 inəyiniz var. Sonra Rus mafiyası gəlir, bütün inəklərinizi aparır. 
-Yapon Kapitalizmi: İki inəyiniz var. İnəklərinizi yenidən dizayn edirsiniz, onlar normal inəkdən 10 dəfə balaca olub, gündə 20 dəfə çox süd verirlər. Sizin inəklər İNƏK məktəbində ən yaxşı nəticə göstərirlər. 
-Erməni kapitalizmi: İki inəyiniz varsa zatən aclıqdan ölərlər. Dürüst olmaq lazım, iki inəyiniz yoxdur. Varsa əgər, ölkə iqtisadiyyatının ulduzu olarsınız. 

*1944'cü ilin 'You have two cows' zarafatının orijinalı, sonralar o qədər versiyası çıxıb ki bu söhbətin.
-Sosializm: Dövlət inəyin birini götürür kiməsə verir. 
-Kommunizm: Dövlət inəklərin ikisini də götürür və sizə süd verir.
-Faşizm: Dövlət inəklərin ikisini də götürür və sizə süd satır.
-Hərbi diktatura: Dövlət inəklərinizin ikisini də götürür və sizi güllələyir.
-Bürokratizm: Dövlət inəklərinizi götürür, birini təsadüfən güllələyir, ikincisini sağır və südünü tullayır.
-Kapitalizm: İnəyin birini satıb, öküz alarsınız. 
-Demokratiya: İki inəyiniz var. Südü kim alacağına qonşular qərar verir.
-Demokratiya 2: İnəkləriniz aclıq aksiyasına gedər. Südsüz qalarsınız.
-Reprezentativ (təmsiledici) demokratiya: İki inəyiniz var, qonşularınız südü kimin alacağına qərar vermək üçün bir başqasını seçərlər.
-Anarxiya: Südü doğru qiymətinə satmasan, qonşun səni öldürər, inəklərini aparar.
:) Hər ölkəyə aid versiyasını düzəldiblər.

No comments: