Showing posts with label iqtisadiyyat. Show all posts
Showing posts with label iqtisadiyyat. Show all posts

Tuesday, January 14, 2014

Təsisatlar, mədəniyyət

Rus akademiklərdən biri Fransada olarkən iqtisadi oyun taxtası alır. Fransada bu oyunu nazirlər kabinetinə məsləhət verməzdən əvvəl bir beyin mərkəzinin nümayəndələri oynayırmış.
Ruslar iqtisadiyyat üzrə doktorantları yığırlar, oyuna başlayırlar. Oyundakı şəxslər həmkarlar ittifaqı, nazirlər kabineti, partiyalar və.s kimi qurumları təmsil edirlər. Oyun başlayır və 5 il ərzində ölkə "səhraya" çevrilir. Vətəndaş müharibəsi başlayır, iqtisadiyyat məhv olur. 

Maraqlıdır ki, niyə? Ruslar oyun oynayarkən öz institutlarının/təsisatlarının mədəniyyətini masa arxasında tətbiq edirlər. Bankirlər yüksək faizlə kredit verir, Nazirlər Kabineti vergiləri qaldırır, adamlar daha işə getmirlər və.s. #

Wednesday, September 11, 2013

Qadınlar niyə az doğur? Günah televizorlardadır!

Niyə doğum aşağı düşür? Günah televizorlardadır!

Son illər müşahidə olunan əsas tendensiyalardan biri doğumun aşağı düşməsidir. Yəqin bir çoxlarınız xatırlayır, Hans Rosling bir neçə söhbətində bunun səbəblərini geniş-geniş özünəməxsus şəkildə izah edib. Haçansa bir yazı oxumuşdum televizorların günahı ilə bağlı, başlayaq televizorları ittihama.
Afrikanın bəzi hissələrindən başqa qalan hər yerdə doğulan uşaqların sayı 1-3 arası dəyişir. Hətda bəzi inkişaf etməkdə olan ölkələrdə belə indi qadınlar Avropadakı həmcinslərindən daha az doğurlar. (“Çili (1.85 ), Braziliya (1.81), Tailand (1.56), Fransa (2.0), Norveç (1.95), İsveç (1.98))
1968-ci ildə Paul Ehrlich adlı bioloq deyirdi ki Hindistan əhalisi partlayacaq. Amma indi Hindistanda qadınbaşına düşən doğum 2.5-dir, ABŞ'dan (2.1) bir az çox. Hindistanın cənub ştatlarında doğum lap azdır.  
Bəs niyə qadınlar Hindistanda az doğmağa başlayıblar? Bir neçə hipotezi nəzərdən keçirən tədqiqatçılar gəlirlərin artmasını və insanların savadlanmasına işarə edirlər. Amma çox maraqlı bir fakt daha var. Televizorların və KİV-in çox olduğu ştatlarda doğum da azdır. Bunu təsvirdən görə bilərsiniz. Sadə bir Həsən dayı da bəlkə bu faktı bilir. Məsələn, bunu ona danışsam deyə bilər ki - ay qaqa bəs axşam məşğul olmağa iş olmayanda uşaqlar da artar yəni. 

Bu sizə təəccüblü görünməsin.  Robert Jensen adlı bir alimin araşdırmasına görə televizor və media ailədəki münasibətlər sistemini dəyişir. Kişilər qadınlara qarşı daha az zorakılıq göstərirlər və "oğlan doğmalısan" söhbətləri azalır, qadınlar daha müstəqil olurlar və az doğurlar. 
Eliana La Ferrara  araşdırıb ki Brazilyada sabun serialları da eyni effekti göstərib, doğum son 50 ildə  6.25-dən 1.81-ə düşüb. Televiziya bəzi mədəni normaları dəyişir yəni.  

P.S Təbii ki Korelyasiya Səbəbiyyət demək deyil. Bir də DİGƏR FAKTORLARI nəzərə almasaq söhbəti.
Mənbə:

http://en.wikipedia.org/wiki/Indian_states_ranking_by_fertility_rate