Showing posts with label azərbaycan. Show all posts
Showing posts with label azərbaycan. Show all posts

Wednesday, September 11, 2013

Qadınlar niyə az doğur? Günah televizorlardadır!

Niyə doğum aşağı düşür? Günah televizorlardadır!

Son illər müşahidə olunan əsas tendensiyalardan biri doğumun aşağı düşməsidir. Yəqin bir çoxlarınız xatırlayır, Hans Rosling bir neçə söhbətində bunun səbəblərini geniş-geniş özünəməxsus şəkildə izah edib. Haçansa bir yazı oxumuşdum televizorların günahı ilə bağlı, başlayaq televizorları ittihama.
Afrikanın bəzi hissələrindən başqa qalan hər yerdə doğulan uşaqların sayı 1-3 arası dəyişir. Hətda bəzi inkişaf etməkdə olan ölkələrdə belə indi qadınlar Avropadakı həmcinslərindən daha az doğurlar. (“Çili (1.85 ), Braziliya (1.81), Tailand (1.56), Fransa (2.0), Norveç (1.95), İsveç (1.98))
1968-ci ildə Paul Ehrlich adlı bioloq deyirdi ki Hindistan əhalisi partlayacaq. Amma indi Hindistanda qadınbaşına düşən doğum 2.5-dir, ABŞ'dan (2.1) bir az çox. Hindistanın cənub ştatlarında doğum lap azdır.  
Bəs niyə qadınlar Hindistanda az doğmağa başlayıblar? Bir neçə hipotezi nəzərdən keçirən tədqiqatçılar gəlirlərin artmasını və insanların savadlanmasına işarə edirlər. Amma çox maraqlı bir fakt daha var. Televizorların və KİV-in çox olduğu ştatlarda doğum da azdır. Bunu təsvirdən görə bilərsiniz. Sadə bir Həsən dayı da bəlkə bu faktı bilir. Məsələn, bunu ona danışsam deyə bilər ki - ay qaqa bəs axşam məşğul olmağa iş olmayanda uşaqlar da artar yəni. 

Bu sizə təəccüblü görünməsin.  Robert Jensen adlı bir alimin araşdırmasına görə televizor və media ailədəki münasibətlər sistemini dəyişir. Kişilər qadınlara qarşı daha az zorakılıq göstərirlər və "oğlan doğmalısan" söhbətləri azalır, qadınlar daha müstəqil olurlar və az doğurlar. 
Eliana La Ferrara  araşdırıb ki Brazilyada sabun serialları da eyni effekti göstərib, doğum son 50 ildə  6.25-dən 1.81-ə düşüb. Televiziya bəzi mədəni normaları dəyişir yəni.  

P.S Təbii ki Korelyasiya Səbəbiyyət demək deyil. Bir də DİGƏR FAKTORLARI nəzərə almasaq söhbəti.
Mənbə:

http://en.wikipedia.org/wiki/Indian_states_ranking_by_fertility_rate

Friday, August 10, 2012

Olimpiada oyunlarında medalların sayını nə təyin edir?

Niyə bəzi ölkələr Olimpiadada çox medal alır,digərləri isə az? Bu barədə yəqin düşübsünüzdür. Elə "Olimpiada oyunlarında medalların sayını nə təyin edir?" sualı barədə də iqtisadçılar çox düşünüblər.
Sualın çox ümumiləşdirici cavablarından biri budur- adambaşına düşən gəlir səviyyəsi və əhali faktoru, başqa sözlə ümumi ÜDM (Ümumi Daxili Məhsul). İqtisadiyyat rəqəmləri ilə olimpiada medallarının sayı arasında bir uyğunluq tapa bilərsiniz müəyyən mənada. ÜDM göstəricisinə görə siyahıda ən öndə olan ölkələr, elə məhz Olimpiada zamanı da yaxşı nəticələr göstərirlər. Təbii bu il bəzi istisnalar da var. Məsələn, Türkiyə və Hindistanın medalları çox azdır. 
Olimpiada medallarının sayı və Ölkələrin iqtisadi potensialı (ÜDM)

Bu mövzu ilə əlaqəli yazılan elmi araşdırmalardan biri qeyd edir ki, medal sayını müəyyən edən iki əsas faktor var-milli sərvət (ÜDM) və idmanın inkişafı üçün yönəldilən resurslar. Bu məqalənin önə sürdüyü model  ölkələr üzrə bir neçə əlavə faktorları nəzərə alır: Ölkənin ÜDM-i, keçən olimpiadalarda qazanılan medalların sayı, idmana yönəldilən dövlət xərcləri, olimpiadaya kim ev sahibliyi edir, ölkənin SSRİ keçmişinin olub-olmaması və ya planlı (və ya kommunist) iqtisadiyyat olması. 

Mənə elə gəlir ki, məsələnin təbii səbəblərini (müqayisəli üstünlük və avantaj) də unutmaq olmaz, hərçənd bu bizə ümumiləşdirmə aparmağa imkan vermir. Əvəzində konkret idman növləri üzrə ölkələrin uğurunu izah etməyə kömək edə bilər. Məsələn, keçənlərdə kimyaçı dostumuz Rəşad Kərimov mənə qaçış idman növü üzrə niyə bəzi ölkələrin dominant olması səbəblərini izah edirdi. Tutaq ki, Kenyada yüksək hündürlükdə oksigen qıtlığı ilə qaçmağa öyrəşmiş adam Londonda dəniz səviyyəsində yarışır. Belə halda, oksigen bolluğuna düşən atlet  təbii üstünlüyə malikdir, digərlərini tozda qoyar :)

Çox maraqlı mövzudur, FBdə olan dostlarımız ideoloji məsələni də önə çəkiblər şərhlərində. Olimpiadada idmançılarımıza uğurlar, medal alanlara da cani-könüldən təbriklər.

Monday, July 9, 2012

Bilik İqtisadiyyatı İndeksi 2012

Dünya Bankının Bilik İqtisadiyyatı İndeksi 2012 sıralamasına görə Azərbaycan 2000'ci il ilə müqayisədə 15 pillə irəliləyib, 75'ci yerdədir. Bu çox müsbətdir, xüsusən İKT sahəsində 26 pillə irəliləyiş.



Bu isə metodologiyadan bir təsvir