Təsəvvür et ki, Amerikada hər hansı bir küçədə dayanıbsan. Bir yapon sənə yaxınlaşır və soruşur "Bağışlayın, bu blokun adı necədir?"
Və sən deyirsən, " Bu Oak küçəsidir, o isə Elm küçəsi Bu 26-cıdır, o isə 27-ci."
O deyir, "yaxşı, bəs bu blokun adı nədir?"
Sən deyirsən, "blokların adı olmur Küçələrin adları var, bloklar sadəcə küçələr arası adsız ərazilərdir"
O, biraz qəmgin və çaşqın halda sizdən aralanır.
İndi gəl təsəvvür edək ki sən Yaponiyada hansısa küçədə dayanıbsan yanındakı adama doğru çevrilib soruşursan,
"Bağışlayın, bu küçənin adı nədir?"
O deyir, "Bu blok 17dir və o blokun nömrəsi isə 16dır"
Və sən deyirsən, "Yaxşı bəs küçənin adı nədir?"
O isə belə deyir, "Küçələrin adları olmur Blokların adları var. Google Maps-ə bax. Burda 14, 15, 16, 17, 18, 19-cu bloklar var. Bütün bu blokların adları var. Küçələr bloklar arasında olan adsız ərazilərdir.
və sən deyirsən, " Yaxşı bəs onda siz ev ünvanını necə təyin edirsiniz?"
O deyir, "Çox asan. Bu səkkizinci Rayondur Bu da blok 17 və ev nömrə 1"
yenə soruşursan, "Yaxşı. Ətrafda gəzişərkən onu müşahidə etdim ki" ev ünvanları sıra ilə getmir"
O deyir, " Əlbəttə gedir. Onlar tikildiyi tarixə əsasən ardıcıl düzülüblər. Blokda tikilən ən birinci evin nömrəsi 1-dir. ondan sonra tikilən ikincinin nömrəsi 2-dir. Bu ardıcıllıqla. Asandır və aydındır."
Bəzən ən çox onu sevirəm ki, biz heç vaxt fikirləşmədiklərimizi anlamaq üçün əksinin belə düzgün ola biləcəyini görmək üçün dünyanın o biri tərəfinə getməli oluruq.
Məsələn, Çində olan həkimlər belə düşünürlər ki onların işi sizi sağlam saxlamaqdır. Sağlam olduğunuz aylarda siz həkimlərə pul ödəyirsiniz, və əgər siz xəstələnirsinizsə heç bir pul ödəmirsiniz, çünki onlar öz işlərinin öhdəsindən gələ bilməyiblər. Onlar siz sağlam olduğunuz zaman varlanırlar, nəinki siz xəstələndiyinizə görə.
Çox sayılarda və musiqilərdə biz "bir" i müsiqiyə başlama vuruşu hesab edirik. Bir, iki, üç dörd. Amma Qərbi Afrika musiqisində "bir" musiqi parçasının bitməyini göstərir, bir cümlənin sonunda olan nöqtə kimi. Yəni, bunu sadəcə olaraq hissələrə ayıranda deyil, sayanda da görürsünüz. İki, üç, dörd, bir.
Belə bir deyim var ki, Hindistan haqqında düz bildiyiniz nə varsa onun tərsi də doğrudur. Yəni, heç vaxt unutmayaq, bildiyiniz və eşitdiyiniz nə varsa bunun tərsi də doğru ola bilər
No comments:
Post a Comment