İngiliscədəki yeni terminlərdən
Slide to unlock - Çox əlçatan qız.
iFinger-AyBarmaq
Hətta yemək yeyərkən belə təmiz saxladığınız barmaq. Planşet və smartfonunuzu istifadə üçün.
Phone-yawn - Telefon əsnəməsi
Araşdırmalar göstərir ki, əsnəyən bir adama baxan adam da əsnəyir.
Modern zamanlarda isə kimsə telefonu çıxarıb baxırsa ətrafdakılar da eyni cürə hərəkət edir. P.S kiminsə sizə baxdığından şübhələnirsinizsə əsnəyin, o da əsnəyəcək.
Like shock - Layk şoku
Sosial şəbəkələrdə paylaşdığına gözlədiyindən çox "bəyəndim" gələndə şəxsdə yaranan əhval
Gloatgram- SevinməkGram
Instagrama edilən postlar. Müəllifin gözəl həyatını göstərir, adətən bu yemək və səyahət şəkilləri olur.
Bromance - Kişilər arasında olan əlaqə, qucaqlaşmaq, yaxınlıq və.s (seks yox)
Coffee face - Qəhvə sifət
Adamın qorxulu sifəti, səhər qəhvə içməyə macal tapmayan.
To computer-face
Narahatçılıqla kompüterin monitoruna göz atmaq. İşlə yüklü olduğunu göstərmək üçün.
Antisocial Networking - AntiSosial Şəbəkələşmə
Yeni dostları əlavə etmək, amma onlarla heç vaxt görüşməmək.
Broscience - Qardaş Elmi
Dost hekayələri elmi araşdırmalardan önəmlidir. Trenajordakı qardaşların həyat hekayələri.
Book hangover-Kitab gicəllənməsi
Ətraf çevrənin sürreal və gerçək olmadığı hiss. Adətən çox daldığınız kitabın təsirindən yaranır.
Name ambush
Yaxın bir adamnan danışmaq, amma onun adını xatırlamırsınız.
Facebook minute - Facebook dəqiqəsi
Qeyri-müyyən zaman aralığında adamın facebook-da gəzməsi. O bura yeni ismarıc varmı deyə baxmağa gəlmişdi.
Cougar
35 yaşında qadının özündən kiçik cavan oğlanlarla eşq yaşaması.
Man cave-Kişi mağarası
Qadın əli dəyməyən kişinin yaşadığı otaq/ev.
Dreamathon - Yuxuafon
Hər dəfə səhər zəngini bir neçə dəqiqə sonraya ertələmək. Bu aralıqda yuxu görmək.
First world problems
Üçüncü tip ölkələrin gülə biləcəyi qlobal problemlərimiz. Yaxşı işləməyən w-fi, acılı çıxan tomat supu.
Facebook necrologist - Facebook Nekroloqu
Facebook istifadəçisi. Hər dəfə kimsə öləndə bu adam belə yazır. Allah rəhmət eləsin, yaxşı adamıydı, qəbri nurla dolsun...
No comments:
Post a Comment