Yandex’in rəhbəri Аркадий Волож ilə müsahibədən:
- Türkiyə bazarının Rusiya bazarından fərqi böyükdür?
Türkiyədə vəziyyət ağır olsa da amma maraqlıdır. Sizin nə axtardığınızı sizdən əvvəlkilər artıq axtarıb və sistemə bunu tanıdıblar. Lakin bizim Türkiyədən olan istifadəçilərimiz çox olmayıb. Ona görə də sistemə az şey tanıdılıb. Yandex’in Türkiyədə rəqibi böyükdür (Google nəzərdə tutulur). Ortada başqa bir məhsul da yoxdur. Rusiya bazarı bizim özümüzündür və burda rahatıq. Lakin əsas maraqlısı da qırağa çıxarkən baş verir. Türkiyə bazarında bir il əziyyət çəkdik, amma hazırda gün ərzində bir neçə milyon sorğuya cavab verə bilirik. Bu da bazarın 2-3%-i deməkdir.
- Türkiyə bazarına necə girdiniz?
Məlum oldu ki, Türkiyədə ciddi kartoqrafik xidmətlər yoxdur. “Xəritələr”, “Panorama”, “Yandex.Tıxaclar”a bu bazarda ehtiyac vardı. “Tıxaclar” lap yerinə düşdü, xüsusilə İstanbul üçün. “Yandex.Naviqator” isə tıxac olan yollara alternativlər təklif edir. İstanbula gəldiyinizdə taksi sürücülərindən “Yandex”i tanıdıqlarını soruşun. Sırf naviqator xidmətinə görə tanıyırlar. Bizim isə düşüncələrimiz daha üstündür. Bizə Türkiyənin axtarış bazarına bütövlükdə girmək lazımdır. Yalnız bu halda pul qazana bilərik.
No comments:
Post a Comment