Tuesday, February 18, 2014

Kasıb uşağın dayəsi-tiryək

Ebers papirusunda deyilir ki, qədim Misirlilər ağlayan uşaqları maraqlı bir üsulla susdururdular-tiryəkdən istifadə edərək. Bu üsul 20-ci əsrin əvvəllərinə kimi Amerika və Avropada bir çox yerdə istifadə edilirdi.



































Mançesterdə aptekdə çalışan bir əczaçı deyirdi ki, elə həftə olub onlarla litr uşaq sakitləşdiricisi satıb. Sonradan məlum oldu ki morfin istifadəsi uşaq ölümlərini çoxaldır. Ölümlər artıq dozadan yox, uşaqların aclığından yaranırdı. Aclığı hiss etməyən, narkotikə aludə olmuş körpələr ağlamırdılar və ac olduqlarını xəbər vermirdilər. Buna görə də uşaq üçün olan bu tiryək qarışıqlarını - Kasıb uşağın dayəsi adlandırırdılar.  
























No comments: