Friday, October 4, 2013

“Azərbaycan” gəmisi

“Azərbaycan” gəmisi Qara Dəniz Gəmiçiliyi üçün 1975-də Finlandiyanın Turku portunda istehsal olunub. Uzunluğu 156 m, eni 21 m olub. İlk 10 ildə gəmi Aralıq və Qara dənizlərində kruiz reysləri edib. Sonradan yay vaxtlarında Odessa-Venesiya, qış vaxtlarında isə Atlantik Okeanının Karib sahillərinə səyahətlər edib. 1986-da rekonstruksiya olunduqdan sonra (sərnişin yerlərinin sayı artırılmış, kinoteatr və sərnişin lifti quraşdırılmış) gəmi dünya səyəhətlərinə çıxmışdı. Sovetlər dağılandan sonra 1995-də gəmi Liberia bayrağı altında üzməyə başlayır və adı “Arcadia” olaraq dəyişdirilir. 1997-də isə ad yenidən dəyişdirilərək “Island Holiday” olur. 1998-də gəmi Yunanıstanın “Commodore Cruise Line” şirkəti tərəfindən alınaraq adı yenidən “Enchanted Capri” olaraq dəyişdirilir və ABŞ-ın Meksika Körfəzi bölgələrində kruiz üçün istifadə edilir. 2003-2005-də gəmidən Meksika Körfəzindəki neft yataqlarında çalışan fəhlələr üçün yataqxana kimi istifadə olunub. Qısa müddət sonra isə istifadə üçün yararlığını tam itirib.


No comments: