Başıma gələn hadisədir (xatırlayanlar olmalı). Bu qardaşlardan ikisi Bryant Park tərəfdə şahmat oynamaqdan qayıdanda qarşıma çıxıb soruşdular-“Bağışlayın, siz Yəhudisiniz?“ (“Excuse me, are you Jewish?”)
Bu sualı Nyu-York və digər yerlərdə eşidə bilərsiniz. Şabad-Lubaviç hərəkatının üzvləri digər yəhudilərə yaxınlaşıb limon və xurma ağacının yarpağını silkələməyi xahiş edirlər. Əsas məqsəd qeyri-dindarları rituallarla tanış etməkdir. Bu işlə məşğul olan adamlar adətən seçimlərində yanılmırlar və yəhudi olanları tanıya bilirlər. Niyə görəsən? İşində peşəkar olan bir gənc oğlan seçim uğurunun səbəblərindən danışır:
1) Adamları görünüşünə görə irqi profilləmədən keçiririk. Yəni, məsələn kim Yəhudi kimi görünür (rəng).
2) Alın cizgilərinə baxaraq, onun qırışını və genişliyini/açıqlığını təhlil edərək.
3) Özlərinə çox hörmət edirlər kimi görünürlər.
4) Statistika- Nyu-Yorkda hər 5 nəfərdən 1-i yəhudidir. Əgər Afro-Amerikanları və Asiyaları saymasan seçim 1/3 olur.
5) Onlar heç vaxt "ignore" etmirlər (məhəl qoymamaq). Məsələn hirslə deyirlər ki mən dindar deyiləm.
No comments:
Post a Comment