Friday, November 7, 2014

Rəhmətlik çox yaxşı adam idi

"Rəhmətlik çox yaxşı adam idi" deyirik. Xatırlayırsınızsa keçən il Türkiyədə cənazədə bir nəfəri döymüşdülər. Molla hamıdan haqqınızı halal edirsinizmi soruşmuşdu, o isə demişdi ki etmirəm, mənim haqqımı yemişdi.
Bu axşam da yenə bir yəhudi məsəlinə müraciət edəcəm. 

Adət beləymiş ki, ölən şəxsi basdırmazdan öncə onun haqqında mütləq müsbət bir söz deyilməlidir. Bir dəfə Yankel adlı şəxs ölür- çox pis adamdır. Heç kim onun haqqında deyəcək yaxşı söz tapmır. Sonra xatırlayırlar ki, Yankelin Xeskel adlı qonşusu ondan daha pisdir. Beləcə Yankeli basdırırlar. Bir xeyli müddət sonra həmin Xeskel ölür. Eyni problem hamını narahat edir, axı Xeskel barədə nə deyə bilərlər? Ravvin problemi anlayıb belə deyir. Mərhum Xeskel sağ olsun, o olmasaydı biz Yankeli basdıra bilməzdik.