Thursday, January 23, 2014

Bir az düşündürücü və əyləncəli statistika

1) Statistikaya görə Amerikada 20 yaşlı gənclərin 12%-i solaxaydır, amma bu faiz 50 yaşlılar üçün 5%, 80 yaşlılar üçün isə 1%-dən belə azdır. Bu nə deməkdir? İndiki zamanda daha çoxmu solaxay doğulur? Yoxsa köhnə nəsillər məcbur edilərək sağ əl ilə yazmağa öyrəşiblər? Və ya solaxaylar tez ölürmü?


2) Bir başqa statistikaya görə ABŞ-da ayın 13-nə təsadüf edən cümə günü bizneslər 1 milyard dollara yaxın vəsait itirirlər. Bəzi adamlar səyahətə getmir, bəziləri də işə.

3) Təyyarə qəzasında ölmək ehtimalı 1/2,067,000 dir. Çarpayıdan yıxılıb ölmə ehtimalı isə 1/423,528.

4) Oksford universitetinin araşdırmasına görə əgər aşiq olursansa ən azı iki dostunu itirirsən. Məncə, ən azı birini dəqiq itirirsən.

1 comment:

Unknown said...

4 Chox kederli statistikadir :(