Tuesday, September 10, 2013

Yaponiya, Minami-kuda qatar stansiyası

22 iyul, saat 09.15, Yaponiya, Minami-kuda qatar stansiyası. 30 yaxşlı qadın qatar və platforma arasındakı boşluğa düşür və ilişib qalır. 40 sərnişin, platformada olanlar və qatardan düşənlər köməyə yetişir və qatarı itələyərək ilişən qadını xilas edirlər. Daha sonra xəstəxanaya çatdırılan qadının ciddi zədə almadığı bilinir.

Qəza baş verərkən qatar heyəti gecikməyə görə vətəndaşlardan üzr istəyir və bildirir ki bir nəfər boşluqda ilişib. Şikayətlənmək və biganəlik əvəzinə, vətəndaşlar könüllü şəkildə qatardan düşərək qatar heyətinə qadını xilas etməyə kömək edirlər. Təəccüblü olan isə bütün bu hadisələrin cəmi 8 dəqiqə içərisində bitməsidir, sonra qatar yoluna davam edir. Bu dəqiqələrdə adamların çox operativ və yerində müdaxiləsi qadını xilas edir.


No comments: