Tuesday, September 3, 2013
Saqqız
Saqqız. Dünya bazarında satış həcmi - 25 milyard dollar. İllik istehsal - 1.5 milyon ton. Şəhərin təmizliyinə ciddi ziyan vurduğu üçün Sinqapurda 1992-cı ildən istifadəsi və satışına böyük cərimələr tətbiq edilməklə qadağa qoyulub. Buna səbəb “saqqız davranışı” üzrə aparılan 10 illik tərbiyəvi kampaniyaların səmərəsizliyi olub. ABŞ-ın təzyiqi ilə 2004-cü ildə yalnız müalicəvi məqsədli olanlara istisna edilib. Küçələrdən təmizlənməsi baha başa gəldiyinə görə bu il Britaniyanın Milton Keynes və Glasgow şəhərlərində də kütləvi qadağa məsələsi gündəmə çıxarılıb. Bizim də əksəriyyətimiz dəfələrlə “saqqız təcavüzü”nə məruz qalmışıq.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment