Wednesday, September 11, 2013

Qadınlar niyə az doğur? Günah televizorlardadır!

Niyə doğum aşağı düşür? Günah televizorlardadır!

Son illər müşahidə olunan əsas tendensiyalardan biri doğumun aşağı düşməsidir. Yəqin bir çoxlarınız xatırlayır, Hans Rosling bir neçə söhbətində bunun səbəblərini geniş-geniş özünəməxsus şəkildə izah edib. Haçansa bir yazı oxumuşdum televizorların günahı ilə bağlı, başlayaq televizorları ittihama.
Afrikanın bəzi hissələrindən başqa qalan hər yerdə doğulan uşaqların sayı 1-3 arası dəyişir. Hətda bəzi inkişaf etməkdə olan ölkələrdə belə indi qadınlar Avropadakı həmcinslərindən daha az doğurlar. (“Çili (1.85 ), Braziliya (1.81), Tailand (1.56), Fransa (2.0), Norveç (1.95), İsveç (1.98))
1968-ci ildə Paul Ehrlich adlı bioloq deyirdi ki Hindistan əhalisi partlayacaq. Amma indi Hindistanda qadınbaşına düşən doğum 2.5-dir, ABŞ'dan (2.1) bir az çox. Hindistanın cənub ştatlarında doğum lap azdır.  
Bəs niyə qadınlar Hindistanda az doğmağa başlayıblar? Bir neçə hipotezi nəzərdən keçirən tədqiqatçılar gəlirlərin artmasını və insanların savadlanmasına işarə edirlər. Amma çox maraqlı bir fakt daha var. Televizorların və KİV-in çox olduğu ştatlarda doğum da azdır. Bunu təsvirdən görə bilərsiniz. Sadə bir Həsən dayı da bəlkə bu faktı bilir. Məsələn, bunu ona danışsam deyə bilər ki - ay qaqa bəs axşam məşğul olmağa iş olmayanda uşaqlar da artar yəni. 

Bu sizə təəccüblü görünməsin.  Robert Jensen adlı bir alimin araşdırmasına görə televizor və media ailədəki münasibətlər sistemini dəyişir. Kişilər qadınlara qarşı daha az zorakılıq göstərirlər və "oğlan doğmalısan" söhbətləri azalır, qadınlar daha müstəqil olurlar və az doğurlar. 
Eliana La Ferrara  araşdırıb ki Brazilyada sabun serialları da eyni effekti göstərib, doğum son 50 ildə  6.25-dən 1.81-ə düşüb. Televiziya bəzi mədəni normaları dəyişir yəni.  

P.S Təbii ki Korelyasiya Səbəbiyyət demək deyil. Bir də DİGƏR FAKTORLARI nəzərə almasaq söhbəti.
Mənbə:

http://en.wikipedia.org/wiki/Indian_states_ranking_by_fertility_rate

1 comment:

Unknown said...

Kənan, mən qısa qeyd edim ki, mənə görə ümumiyyətlə doğuşun çoxalmasındansa azalması yaxşıdır. Çünki Yer planetinin resursları çox adama çata bilməyəcək, zatən artıq çatmır və xüsusilə resurslar qeyri bərabər paylanıb. Maraqlıdır ki, doğuş artımı şərait və imkanlarla tərs mütənasibdir. Məsələn, ABŞ-da orta doğum 2.1-dirsə hər qadına, imkanları kasad olan bir Afrika ölkəsində bu çox yüksəkdi. Gələcək üçün də zatən planetin əhalisinin artımı gözlənilir, azalması deyil və bu artım bir çox iqtisadi və sosial problemlər gətirəcək-gətirir.

Sırf Azərbaycana gəldikdəsə dünyada kı proses məncə elə yerli şəraitdə bizdə də gedir. Yəni iqtisadi və sosial cəhətdən əhalinin daha yaxşı yaşadığı Bakı və ətrafında doğuş daha azdır, nəinki sosial şəraiti zəif olan regionlarda. Deyəsən ataların - kasıbın nəyi də olmasa çoxlu uşağı olar məsəli doğrudur. Kənan televizoru yazıb, mənə görə artıq İnternet və sosial şəbəkələrində doğuş sayına təsiri olacaq. Məsələn, adamlar gecəyədək sosial şəbəkələrdə və internətdə vaxt keçirəcəklər nəinki bir-birlərinə daha çox zaman ayırmaq. Bu yaxşıdır, pisdir demirəm, amma belə olacaq. Məncə ümumiyyətlə ölkədə doğuşun normal səviyyəsi 2 olmalıdır.

Fikrimcə əsas olan nə qədər doğmaq yox, doğulanları necə yetişdirməkdir. Kəmiyyət yox, keyfiyyət əsasdır.